Xəbərlər

“Axırıncı dayanacaq” filminin təqdimat mərasimi keçirildi.

Nizami kinoteatrından, Kinotapcom`a verilən məlumata görə, oktyabrn 17-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” bədii filminin təqdimat mərasimi olub İlqar Fəhminin ssenarisi əsasında rejissor Fikrət Əliyevin ironik komediya janrında çəkdiyi bu film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir

Çölçü filmi “Platinum mükafatı”na layiq görülüb.

Şamil Əliyevin “Çölçü” bədii filmi İndoneziyanın Cakarta şəhərində keçirilmiş “International Movie Award - 2014” kinofestivalının “Ən yaxşı rejissor işi” üzrə “Platinum mükafatı”na layiq görülüb AzərTAc xəbər verir ki, müsabiqəyə 30 ölkədən 225 film seçilib Filmlər “Platinum” və “Gold” olmaqla, 2 bölmədə mükafatlandırılıb

Aktyor Robin Vilyems vəfat edib

Ötən bazar ertəsi amerikalı aktyor Robin Vilyems Tiberondakı (Kaliforniya) evində ölü tapılıb Bu barədə Kaliforniyanın Marin dairəsinin şerifinin məlumatında deyilir İlkin məlumata əsasən, 63 yaşlı aktyor intihar edib

Əməkdar artist Azər Mirzəyev vəfat edib.

Əməkdar artist Azər Mirzəyev vəfat edib Lentaz-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov “İnstagram” səhifəsində yazıb: “Azər Mirzəyev, Allah rəhmət eləsin”

Aktrisa Xanım Qafarova vəfat etdi

Əməkdar artist 47 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib Bir neçə dəqiqə öncə Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova dünyasını dəyişib Bu barədə Lentaz-a mərhum aktrisanın bacısı oğlu məlumat verib

Xanım Qafarovanın vəziyyəti ağırlaşdı

"Sabaha sağ çıxıb-çıxmayacağını bilmirik" Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarovanın vəziyyəti ağırlaşıb Əməkdar artistin ailə üzvlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hazırda onun vəziyyəti çox ağırdır: “Sabah İsrailə getməlidir Sabaha sağ çıxıb-çıxmayacağını bilmirik

Seçim filminin fraqmenti yayımlandı

Dünən axşam saatlarında rejissor Şahin Xəlilin ilk uzun metrajlı filmi olan "Seçim"in fraqmenti yayımlandı Filmin çəkilişlərinə keçən ilin noyabr ayından başlamış və bu ilin may ayında bitmişdir Filmin mövzusu, iki qardaşın həyatından bəhs edir

Daha bir filmimiz Kann Festivalında

Almaniyada yaşayan həmyerlimiz gənc rejissor Elmar İmanovla Engin Kundağın birgə çəkdikləri Ayrılma (Torn) adlı qısametrajlı film Kann Kino Festivalının müsabiqədənkənar proqramında nümayiş olunacaq  Xəbərə görə filmdə baş rolları Rasim Cəfərov, Zülfiyyə Qurbanova, Mir Mövsüm Mirzəzadə və Mehdi Səlimov ifa edirlər  Qeyd edək ki,  Elmar İmanov 2012-ci ildə “Tabutçunun yelləncəyi” qısametrajlı filminə görə "Ən yaxşı xarici film" nominasiyasında Amerika Kino Akademiyasının gənc kinematoqrafçılar üçün bürünc mükafatını alıb