Alper Saldıran

Doğum günü:

16 sentyabr, 1984

Yaş:

32

Kinotap-da filmlər:

2

Alper Saldıran, Səhnəyə ilk dəfə 5 yaşında, məktəbəqədər hazırlıqda oynadığı pieslərlə çıxdı. Ardından folklora, xüsusilə Qafqaz rəqslərinə, yönəldi. İbtidai məktəb boyunca həm teatr, həm rəqs məşqlərini aralıqsız davam etdirdi. Turizm Liseyindən məzun olan Saldıran, Mərmərə Universiteti Turizm Bölümünə keçiş etdi ancaq məktəbinin ikinci ili bitərkən peşə olaraq aktyorluğu seçdi. Universitet dövründə, Turqut Özakmanın "Fehim Paşa Evi" adlı oyununda Yusuf xarakterini canlandırdı. Bu roluyla Universitetlər-arası teatr yarışmasında Ən Yaxşı Köməkçi Kişi Oyunçu mükafatını aldı. Ardından "Bir Dilim Eşq"dəki Burak roluyla ilk televiziya  serialında iştirak etdi. Mərmərə Universitetindən ayrıldıqdan sonra, 2005-ci ildə, Yedditəpə Universiteti Teatr Bölümünə təqaüdlü olaraq başladı. Yeni məktəbinin 1-ci sinifində "Son Dünya" adlı oyunda iştirak etdi və Avropa ilə Aralıq dənizi ölkələrini əhatə edən Misir Teatr Festivalına şagird olaraq qatıldı. Ertəsi il eyni proqrama qatılan digər teatr şagirdləriylə birlikdə, "Babil Qülləsi" oyununda rol aldı. Məktəb dövründə "Kara İnci" və "Dərman" seriallarıyla televiziya karierinə davam etdi. Ardından səs gətirən Vodafone reklamları və "Mələklər Qorusun"  serialı.. Eyni dövrdə "Xidmətçilər" adlı teatr oyununda Xanım-əfəndi rolunu oynadı. Alper Saldıran, teatr bölümündən məzun olduqdan sonra, serial və film aktyorluğuna davam etdi. "Yerdən Yüksək" serialında Feyyaz, ilk ağ pərdə təcrübəsi olan "Anadolu Qartalları" filmində Fateh Karakuş və "Sağ-Salamat" adlı filmdə Recai rolunu canlandırdı. Yenə eyni dövrdə "Çexov Maşını" adlı teatr oyununda oynadı. Hazırda Məni Belə Sev adlı serialda Ömər xarakterini canlandırmağa davam etməkdədir.

Vəzifə Aktyor