Tom Henks

Doğum günü:

9 iyul, 1956

Yaş:

60

Kinotap-da filmlər:

8

Amerika aktyoru və prodüseri Tomas Ceffri Henks 9 iyul, 1956-cı ildə Kaliforniya ştatının Konkord şəhərində anadan olub. Atası yerli restoranda baş aşpaz, anası isə həmin restoranda ofisiant işləyib. Tommi ailənin üçüncü uşağı idi. O, doğulandan 5 il sonra valideynləri boşanır və Amerika qanunvericiliyinə əsasən, 3 böyük uşaq (Tom, Larri və Sandra) atanın himayəsinə verilir. Tom azyaşlı olduğundan anası ilə qalır. Artıq gənc yaşlarında Tom Henks aktyorluq məharəti və güclü yumor hissi ilə ətrafdakıları ələ almağı bacarır. Kaliforniya Universitetinə qəbul olunması onun üçün məntiqli addım olur. Lakin Klivlenddə çıxış edən kiçik teatr truppasından dəvət alan kimi Tom təhsilini yarımçıq qoyur.

 

O, kinoya ailəvi baxış üçün nəzərdə tutulan "Böyük" (1988) komediya filmi ilə başlamasına baxmayaraq, qırx yaşlarında ciddi dramatik rolların bacarıqlı ifaçısı kimi rəğbət qazanır və "Filadelfiya" (1993), "Forest Qamp" (1994) filmlərində oynadığı baş rollara görə ardıcıl olaraq iki dəfə "Oskar" mükafatı alır. "Oskar" gətirən rolları ilə yanaşı, Henks, həmçinin rejissor Stiven Spilberqlə müştərək işləri ilə də məşhurlaşır. 2006-cı ilin nəticələrinə görə Henksin iştirakı ilə çəkilmiş filmlər başqa aktyorların iştirakı ilə çəkilən filmlərə nisbətən daha çox gəlir (6 milyard) gətirir. onun filmlərindən ən çox gəlir gətirəni "Da Vinçi Şifrəsi" (2006) filmi idi. Tom 1980-ci illərdə onlarca filmə çəkilsə də, ən uğurlu rolları 1990-cı illərə təsadüf edir. İki "Oskar" alan Henks milli qəhrəmana çevrilir. Onun iştirakı ilə çəkilən "Apollon 13" filminin ekranlara çıxmasını hamı səbirsizliklə gözləyir. 1996-cı ildə Tom Henks ilk hitdən sonra dağılmış gənc ansambl haqqında çəkdiyi sənədli filmlə kinoda rejissor debütü edir. "Sənin etdiklərin" böyük uğur gətirməsə də, tənqidçilər tərəfindən rəğbətlə qarşılanır. Tom Henks iki dəfə evli olub. Onun aktrisa Samanta Lyuisdən bir oğlu və bir qızı, aktrisa Rita Uilsondan isə iki oğlu var. Tom Henks əqidəcə pravoslav xristianıdır.

Vəzifə Aktyor