Brus Villis

Doğum günü:

19 mart, 1955

Yaş:

61

Kinotap-da filmlər:

13

Amerika aktyoru, dörd filmin prodüseri Uolter Brüs Uillis 1955-ci il 19 Mart ayında Almaniyanın İdar-Oberşteyne şəhərində dünyaya gəlib. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı. Onun atası Amerikalı anası isə almandır. Brüsün atası David qaynaqçı idi. 1957-ci ildə hərbi qulluqu bitirdikdən sonra ailə Nyu-Cersiyə geri dönür. Brüs 4 uşaqlı ailədə ən böyükləri idi. Və kiçik yaşlarda kəkələyirdi. Bu çətinliyə qalib gəlmək üçün o məktəb teatrına yazılır. Onun böyük auditoriya qarşısında səhnəyə çıxmaqdan çox xoşu gəlirdi. Beləliklə o dram məktəbinə yazılır və Şekspirin, Uilyamsın səhnəciklərini canlandırırdı. Daha sonra Uillis Monklerdə yerləşən dövlət kollecinə daxil olur. Onun ardınca isə Nyu Yorka üz tutur. O barlarda işləyir və folklor ansambllarında ifa edirdi. Səhnəyə düşə bilmək üçün var gücü ilə çalışırdı. Beləliklə, barmen işlədiyi dövrdə öz filminə qısa rolda səhnə almaq üçün barmen axtaran rejissorla tanış olur. Brüs uilisin obrazı rejissorun xoşuna gəlir və rolu ona təklif edir.
Şöhrətsə həmən gəlmədi. 1985-ci ildən 1989-cu ilə kimi davam edən "Detektiv bürosu – ay işığı" teleserialına qədər Uillis bir neçə il az tanınmış şəhər teatrlarında və televizia şoularında qısa rollar ifa edirdi. Bu serialla o komedia aktyoru kimi tanındı. Amma 1988-ci ildə baş rola çəkildiyi "Möhkəm qoz" döyüş filmi ilə o artıq btün dünyada tanındı. Milyonlarla insanın kumiri oldu. Bundan sonra o yenədə böyük səs küy salan döyüş filmlərində baş rol oynadı. Onlar arasında 5ci element və merkuri təhlükədədir filmləri də var.
Brüs Uillisin karyerasında enişlər və yüksəlmələr olub. Məsələn 90-cı illərın əvvəlində çəkildiyi filmlər uğursuz olmuşdu. Lakin 1994-cü ildə Kventin Tarantinonu məşhur "Krimina qiraət" filmində məhz baş rol qəhrəmanı olaraq ən tələb olunan aktyorlar sırasına yüksəlir. Amma 90ların sonlarında yenədə eniş yaşayan Brüs 1999-cu ildə ekranlara çıxan "Altıncı hiss" filmi ilə yenidən adını özünə qaytarır. Bu film izləyicilərdən başqa kino tənqidçilərinin də ürəyincə olur. Uillis isə bu filmlə 100 milyon dollar qazanır. Son illər Brüs Uillis məşhur kinorejissor Robert Rodrigesin Günahlar şəhəri və Qorxu planeti filmlərində baş rol ifa edib. Brüs 1987-ci il noyabr ayından 2000-ci il oktyabr ayına kimi "Ruh" filmindən yaxşı tanıdığımız aktrisa Demi Mur ilə evli olub. Bu evlilikdən onların 3 qızı dünyaya gəlib. Hamı onları nümunəvi ailə kimi tanısada onlar böyük surpriz edərək 2000-ci ildə ayrılırlar. Amma dostluq münasibətlərini itirmirlər.
Hollivud aktyoru Brüs Uillis Devid Lettermanın «Gecə şousu»nda ətdən düzəldilmiş parikdə peyda olub. O, hətta bu yeməli pariklə şou aparıcısını qonaq edib. Aktyor bununla bağlı bildirib ki, belə parikdə efirə çıxmağa onu Ledi Qaqa ruhlandırıb. Onun sözlərinə görə, başındakı parik 100% faiz mal ətindəndir. Uillis şou aparıcısı Lettermana bu ətdən dadmağı təklif edib. Elə bundan sonra da o, çəngəl və duz çıxararaq başındakı əti duzlayıb və çəngəli aparıcıya uzadıb. Aparıcı isə ətdən bir tikə ağzına qoyaraq onu bir az çeynəyib, sonra səhnə arxasına keçərək ağzından çıxarıb.
RBC xatırladır ki, müğənni Ledi Qaqa bu yaxınlarda ət parçalarından düzəldilmiş paltarda fotosessiya keçirmişdi. O, həmçinin, bu qiyafədə «MTV Video Music Awards» mükafatının təqdimatına da gəlmişdi. Amma ətdən paltar heyvanların müdafiəsi təşkilatlarını bərk qəzəbləndirmişdi. Müğənni, hətta bu paltara görə ən zövqsüz məşhurlar siyahısına belə düşmüşdü.
Brüs Uillis 2 il öncə özündən 22 yaş kiçik model Emme Heminqlə evlənib. Karib dənizində yerləşən Terks və Kaykos adalarında nikah mərasimində Uillisin üç qızı, keçmiş həyat yoldaşı Demi Mur, Demi Murun gənc həyat yoldaşı Eşton Katçer və Madonna iştirak ediblər. Brüs Uillis "ABŞ silahlı qüvvələri"nin tərəfdarıdır, lakin öz sözlərinə görə respublikaçı deyil.

Vəzifə Aktyor