Martin Skorseze

Doğum günü:

17 noyabr, 1942

Yaş:

74

Kinotap-da filmlər:

1

Martin Luciano Scorsese Martin Lusiano Skorsese. Akademiya Mükafatı, BAFTA və Qızıl Kürə sahibi ABŞ-lı film rejissoru, ssenarist və prodüser. 1997 Amerika Film İnstitutu tərəfindən verilən AFİ Həyat Boyu Müvəffəqiyyət Mükafatına layiq görülmüşdür. 2007-ci ildə "The Departed" adlı filmilə, Ən Yaxşı Rejissor nominasiyasında Oskar mükafatının sahibi olmuşdur.

Martin Skorseze Nyu-York şəhərində doğulub. Atası Luciano Charles Scorsese (1900-1993) və anası Catherine Scorsesedir (1912-1997). İtaliya əsilli - ABŞ ailədən gəlir. Uşaqlığı asma xəstəliyiylə mübarizə ilə keçmişdir. 1960 -ci ildə Nyu York Universiteti Kino bölümünə daxil olub. 1964-ci ildə məzun oldu və 1966'da Nyu York Universitetindən film nominasiyasında master dərəcəsi aldı.

Amerikan yeni dalğa axınının əhəmiyyətli nümayəndələrindən biridir və sinematoqrafik arxitekturasının yanında, təməl dramatik axtarışları olan Xristianlıq, cinayət, ədalət və şiddət ünsürlərini işləyən hekayə və xarekterləri ilə uğurlu olmuşdur. Goodfellas və Casino filmlərində istifadə etdiyi ortadan ya da sondan başlayaraq izah etmə tərziylə inteqrasiya olunmuşdur.
Keçmişdə bir çox filmdə Robert De Niro, Joe Pesci və Harvey Keitel ilə işləyən rejissor, son dövrdəki Gangs of New York, The Aviator və The Departed filmlərində Leonardo DiCaprio ilə işləmişdir.
Ayrıca Michael Jacksonun Bad klipinə rejissorlu edərək böyük uğur əldə etmişdir.

Vəzifə Producer