Mel Gibson

Doğum günü:

3 yanvar, 1956

Yaş:

60

Kinotap-da filmlər:

2

Mel Kolmsil Cerard Gibson   — Avstraliya-Amerika əsilli kinoaktyor, rejissor, ssenarist və prodüser.
Mel Gibson 3 yanvar 1956-cı ildə ABŞ-ın Nyu-York ştatının Pikskil şəhərində anadan olmuşdur. Ailədə 11 uşaqdan 6-cısı idi. Atası Hatton Gibson dəmiryolu konduktoru kimi çalışırdı. Mel doğulduqdan dərhal sonra ailə Avstraliyanın Yeni Cənubi Uels əyalətinə köçür. Məktəbi bitirdikdən sonra Sidney şəhərində yerləşən Yeni Cənubi Uels Universitetində təhsil almışdır.

7 iyun 1980-ci ildə Robin Mur ilə ailə həyatı qurmuşdur. 2006-cı ilin avqustunda cütlük ayrı yaşamağa başladı və 2009-cu il aprelin 13-də Robin boşanmaq üçün məhkəməyə müraciət etdi. Aprelin 28-də Mel Gibson "X Adamlar: Rosomaxa" filminin açılış mərasiminə rus pianisti Oksana Qriqoryeva ilə birlikdə gəldi və mayın 26-da Cey Lenonun televiziya şousunda Oksanadan uşağı olacağını etiraf etdi. 30 oktyabr 2009-cu ildə onların Lüsiya adlı qızları dünyaya gəldi. 2010-cu ilin aprelində Mel Gibson Oksana Qriqoryeva ilə münasibətləri kəsdiyini elan etmiş və iyun ayında Lüsiyanın himayəsinin valideynlərdən hansına verilməsi barədə məhkəmə çəkişməsi başlamışdır.
Mel Gibsonun Robin Murla evliliyindən 7 uşağı var.

 

Vəzifə Aktyor