Şah Rux Xan

Doğum günü:

2 noyabr, 1965

Yaş:

51

Kinotap-da filmlər:

2

Şahrux Xan, ən çox hallarda Shah Rukh Khan, rəsmi olaraq SRK kimi tanınan məşhur Hind film aktyorudur. Mediada tez-tez Bollivudun Padşahı, Kral Xan, Romantikanın Kralı və Bollivudun kralı kimi tanınan Xan romantik dram janrından tutmuş hərəkət trilleri janrına kimi olan 75-ə yaxın filmdə rol almışdır. O töhfələri ilə kino istehsalında çoxlu nailliyyətlər o cümlədən 30 nominasiya içərisində olan 14 Filmfare Mükafatı əldə etmişdir. Xan Ən Yaxşı Aktyor Kateqoriyası üzrə 8 dəfə Filmfare mükafatına layiq görülüb ki, bütün zamanların bu kateqoriyası üzrə ən çox qazanan Bollivud aktyorudur, yalnız Dilip Kumar ilə ortaq nəticəsi vardır. 2005-ci ildə isə Hindistan Höküməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan Padma Şri mükafatına layiq görülüb. Xan indi Hind kino tarixinin ən böyük və nüfuzlu aktyorlarından biridir.
İqtisadiyyat fakultəsini bitirib bakalavr dərəcəsi alan aktyor öz karyerasına teatrda başlayıb. 1980-cı illərin sonunda bir neçə televiziya serialında iştirak edən aktyor 1992-ci ildə Dəlisov məhəbbət (Deewana) filmi ilə Hind dilli film sahəsində debüt etmişdir. Karyerasının erkən vaxtlarında Qorxu (Darr-1993), Qumarbaz (Baazigar-1993), Nəticə (Anjaam-1994) kimi filmlərdə ənənəvi olmayan mənfi rolları ilə tanındı. O Cəsur ürək gəlini alar (Dulhaniya Le Jayenge-1995), Dəli ürək (Dil To pagal Hai-1997) və Nə isə baş verir (Kuch Kuch Hota Hai-1998) kimi filmlərdə oynadığı romantik rolları ilə məşhurluq qazandı. Bu filmlərin kommersiya uğuru onu "Romantikanın Kralı" kimi tanıtdırdı. Xan sonralar 2004-cü ildə Vətən (Swades) filmindəki roluna görə NASA aliminin tənqidi qiymətini qazanıb. 2007-ci ildə İrəli, Hindistan (Chakde İndia) filmində xokkey məşqçisi və 2010-cu ildə Mənim adım Xandır (My Name is Khan) filmində isə nominal xarakter kimi rol aldı. Onun rol aldığı 12 film bütün dünyada 18.2 milyon $-dan çox gəlir əldə etmişdir. Bu uğur da onu Hind kinosunun ən müvəffəqiyyətli və aparıcı aktyorlarından birinə çevirdi.
Xan Dreamz Unlimited şirkətinin həmtəsisçisidir. Bundan başqa aktyor Red Chillies Entertainment kinofilm istehsalı və paylaşdırma şirkətinin və animasiya studiyası olan Red Chillies VFX şirkətinin həmsədri və baş icraçı direktorudur. O həmçinin Hindistan Premyer Liqasında iştirak edən Kolkata Knight Riders kriket komandasının şərikli sahibidir. Aktyor 2007-ci ildə Star Plus kanalında yayımlanan Kaun Banega Crorepati (Milyonçu şousunun Hindcə versiyası) oyun şousunun teleaparıcısı kimi debüt etdi. Xan müxtəlif marka bəyənilməsinə və sahibkarlıq işlərinə görə tez-tez mediada “SRK Marka”sı kimi göstərilir. O həmçinin müntəzəm səhnə ifaçısı və mükafat mərasimi sahibidir və Səhiyyə, yardım fondları və uşaqların təhsili ilə əlaqəli olan bir çox xeyriyyə cəmiyyətlərinə cəlb olunmuşdur. Elə buna görə də 2011-ci ildə Uneskonun Pyramide con Marni mükafatına layiq görülüb.
Xan kinematoqrafiya tarixində ən böyük ulduzlarından biri hesab edilir və fanatlarının sayı bir milyardı keçib. 2011-ci ildə tanınmış Los Angeles Times qəzeti onu “dünyanın ən böyük kino ulduzu” adlandırdı.[16] O həmçinin müntəzəm olaraq Hindistan Kinosunun ən güclü adları siyahısında göstərilib və 2008-ci ildə Newsweek onu dünyanın 50 ən güclü insanı arasında qeyd etdi. Xan ehtimala görə 540 milyon $-lıq kapitala malikdir. Şahrux Hind film prodüseri və interner dizayneri olan Qauri Xanın həyat yoldaşıdır. Onlar 1991-ci ildən etibarən evlidirlər və onların iki uşağı vardır.

Vəzifə Aktyor