Andrey Zvyaqintsev

Doğum günü:

6 fevral, 1964

Yaş:

52

Kinotap-da filmlər:

2

Andrey Petroviç Zvyaqintsev  rus film rejissoru və aktyorudur. Daha çox 2003-cü ildə çəkdiyi “Qayıdış” (The Return) filmi ilə tanınır. Bu film Venesiya Film Festivalında Qızıl Ayı mükafatını qazanmışdır.

Zvyagintsev Novosibirskdə, Sibirdə doğulmuşdur. 1984-cü ildə 20 yaşında olarkən aktyorluq sahəsində təhsil aldığı Novosibirsk Dram Məktəbini bitirmişdir. 1986-cı ildən 1990-cı ilə qədər Moskvada, Rusiya Teatr Sənətləri Akademiyasında işləmişdir. 1992-ci ildən 2000-ci ilədək müxtəlif teatr və filmlərdə rol oynamışdır. 2000-ci ildə Ren Tv-də işləməyə başlamışdır. Üç seriyalı film olan “Qara otaq”(“Tha Black Room”)da rejissorluq etmişdir. 2003-cü ildə ilk filmi “Qayıdış”ı (“The Return”) çəkir. İlk filmi olmasına baxmayaraq Qızıl Ayı mükafatı da daxil olmaqla bir neçə mükafat qazanır. Ikinci filmi “Sürgün”ün (“The Banishment”) premyerası 2007-ci ilin Kann kinofestivalında keçirilmişdir. Eyni zamanda Qızıl Palma üçün mübarizə aparmışdır.  2008-ci ildə “Nyu-York, Səni Sevirəm”(New York, I Love You) filmi üçün qısametrajlı film çəkmişdir. Bu hissə kinoteatrlarda kəsilsə də, filmin DVD-sində vardır. Rejissorun son filmi Elenanın premyerası 2011-ci il Kann Film Festivalında, Un Certain Regard bölməsində göstərilərək edildi.  Eyni zamanda Jüri xüsusi mükafatını qazandı. 

 

Vəzifə Producer