Fifti Sent

Doğum günü:

6 iyul, 1975

Yaş:

41

Kinotap-da filmlər:

5

Curtis James Jackson III (d. 6 İyul 1975) — 50 Sent (Fifti Sent) adı ilə tanınan məşhur ABŞ-lı reper, prodüser və aktyor.

Curtis Jackson, Nyu-Yorkun Queens məhləsində çətinliklərlə böyümüşdür. Uşaqlıqdan bəri ən yaxşı dostu Gaolrp Kemrdir. Atasını tanımayan Curtis 8 yaşına qədər anasının himayəsində böyümüşdür. Anası narkotik satıcısı idi və Curtisin hələ 8 yaşı olarkən anasının bir dostu ilə çıxan narkotik probleminə görə öldürülmüşdür. Anasının ölümündən sonra Curtis nənəsinin himayəsinə keçir. Anasının sayəsində narkotik satıcıları ilə bağlantısı olan Curtis 12 yaşında ikən narkotik satmağa başlayır. Lisey illərində bir neçə dəfə qısa müddətlik həbslərdə olan Curtis ilk ağır cəzasını 19 yaşında almışdır. 21 yaşında ikən Marquise adlı oğlu dünyaya gəlmişdir.

50 Cent ilk əvvəl rep sahəsində tanınmış prodüser və Run-DMC qrupunun üzvü Jam Master Jay və daha sonra dünyaca məşhur olan prodüser Dr.Dre tərəfindən kəşf edilmişdir. Jam Master Jayin köməklikləri ilə musiqi müqaviləsini Columbia Records ilə imzalamışdır. İlk klip çəkimindən əvvəl 9 güllə yarası alaraq xətəxanaya düşən Curtisin müqaviləsi bu hadisədən sonra Columbia Records tərəfindən təxirə salınmış və "Power of the Dollar" adlı albomu satışa çıxarılmamışdır.
50 Sent əzmini itirməyən Curtis Jackson demo və mixtape çıxarmağa davam etmişdir. Təsadüfən CD-lərin biri Eminemin əlinə keçmişdir. Jacksonun CD-ni bəyənən Eminem, onunla bir müqavilə bağlamışdır. Bu müqavilədən Curtis 1 milyon dollar almış və "Get Rich or Die Tryin'" adlı ilk rəsmi albomunu yayımlamışdır. "In da Club", "P.I.M.P." və "If I Can't" kimi mahnılarıyla rep və hip-hop dünyasında özünə bir ad qazanmışdır. 2006-cı ildə 32 milyon dollar, 2007-ci ildə 34 milyon dollar qazanaraq ildə ən çox pul qazanan 2-ci repçi olmuşdur. Forbes jurnalının 2007-ci ildə tərtib etdiyi "Ən varlı hip-hopçılar" sıralamasında Jay-Z və Eminemdən sonra üçüncü sırada yer almışdır.
Forbesin 2008-ci ilin avqustunda açıqladığı nəticəyə görə 50 Sent 150 milyon dollarlıq qazancı ilə Jay-Z və P. Diddy kimi repçiləri də geridə qoymuşdur. 2007-ci ildə yayımlanmış Curtis albomunun adını ailənin üçüncü oğlu və özünün üçüncü albomu olduğu üçün seçmişdir.

 

Vəzifə Aktyor