Cenıfır Eniston

Doğum günü:

11 fevral, 1969

Yaş:

47

Kinotap-da filmlər:

5

Cennifer Eniston (ing. Jennifer Aniston) — Amerika aktrisası.

Qızıl Qlobus və Emmi mükafatı sahibi Cennifer Eniston 1969-cu il fevralın 11də Kaliforniya ştatının Şerman Ouks şəhərində, yunan aktyoru Con Eniston ilə şotland və italyan mənşəli aktrisa Nensi Dounun ailəsində anadan olub.
Cennifer Eniston bir yaşınadək Yunanıstanda yaşayıb və ailə sonradan Nyu-Yorka köçüb. 9 yaşı olanda valideynləri boşanıblar. Cennifer Eniston anası ilə qalsa da, tez-tez Los-Ancelesə, atasının yanına gedirdi. Cennifer Eniston 11 yaşında Rudolf Ştayner adına dram məktəbində oxuyub. Peşə təhsilini 1987-ci ildə Nyu-Yorkun aktyorluq məktəbində davam etdirib. Təhsilini bitirdikdən sonra bir neçə brodvey tamaşalarında iştirak edib.
Eniston 80ci illərin sonu və 90cı illərin əvvəli Hovard strenin radio şousunda iştirak edirdi.1990cı ildə Hollivuda köçür və ilk rolunu Mollou adlı serialda canlandırır. Daha sonra Kukamonq düşərgəsi filmi, Ferris Bueller serialı, Leprekon qorxu filmi və digər uğursuz layihələrdə rol alır. Ceniffer aktrisalıq karyerasını buraxmaq haqda fikirləşirdi.
Cenifer Enistonun aktrisalığı atmaq haqda fikirləri 1994cü ildə dəyişir. Çünki ona NBC telekanalında yayımlanacaq Dostlar serialında Reyçel Qrin adlı qəhrəmanı canlandırması təklif olunur. Ilk öncə bu rol Aktrisa Kortni Koksa təklif olunsada Kortni ssenaridəki digər qəhrəman Monika Geller obrazının ona daha yaxın olduğunu söyləyir. Reyçel Qrin obrazını isə 1994cü ildə serial başlayandan 2004-cü ildə bitənədək Cennifer Eniston canlandırır. Serial çox uğurlu alınmışdı. Ceniferdə digər məşhur aktyor heyəti ilə bərabər izləyicilər tərəfindən tanınmağa başlayır, populyarlıq qazanırdı. Milyonlarla qadın onun serialdakı saç düzümündən istifadə edirdi. Serialın son 3 mövsümündən etibarən Cennifer hər seriaya 1 milyon dollar qonorar alırdı. Eniston Reyçel Qrin obrazına görə Emmi və Qızıl Qlobus mükafatının sahibi olub.
Dostlar serialının fasilələrində Eniston müxtəlif filmlərdə rol alır. Ilk ciddi filmi 2-ci plan aktrisası kimi ötən verilişdə haqqında söhbət açdığımız Kameron Diazla olur. Cenifer 1997ci ildə ilk dəfə baş rolda çəkilir. Komediya janrlı film İdeal Portret adlanır. Kino tənqidçilər tərəfindən müxtəlif fikirlərlə qarşılansa da Ceniferin oyunu çox bəyənilir. Daha sonra Sara Cesika Parkerlə tərəf müqabili olur, Nazik çəhrayı xətt, Ofis mühiti filmində rol alır və Polad Gigant cizgi filmini səsləndirir. 2002ci ildə aktrisa supermarketdə kassada işləyən qızı canlandırdığı Yaxşı Qız filminə çəkilir. Bütün bu filmlərdə aktrisanın bacarığı tənqidçilər tərəfindən yüksək qiymətləndirilir və onun daha ciddi rollarda çəkilə biləcəyini bir daha sübut edirdi.
Cenifer Enistonun ən uğurlu filmi məşhur aktyor Cim Kerri ilə tərəf müqabili olduğu fantastik komediya Brus Almayti filmi olur. Bu film təkcə Amerikada 243 milyon dollar gəlir əldə edir. 2004cü ildə yenədə komediya janrında çəkilmiş Budur Polli filmində tanınmış komediya aktyoru Ben Stillerlə baş rolları paylaşır. 2005ci ilin sonları Dedi-qodular 2006cı ildə isə Dostlarına güvən filmləri işıq üzü görür.
Cenifer Enistonun Amerikan sayağı boşanma filmi tənqidçilər tərəfindən soyuq qarşılansa da Amerikada 100 milyon dollardan çox kassa gəliri əldə edir. 2006cı ildə Cenifer 10cü otaq adlı qısametrajlı filmin rejissorluğunu edir. Aktrisanın sözlərinə görə o həmkarı Qvinet Peltrounun rejissorluq bacarığından ilham alıb.
2008-ci il dekabrın 5-i Ouen Uilsonla baş rolda çəkildiyi Marli və mən komediyası ekranlara çıxır. Kino dünya üzrə 243 milyon dollar kassa gəliri əldə edir. Daha sonra Cenifer Eniston Söz vermək evlənmək deyil adlı romantik komediyada rol alır. Filk elə ilk həftədəcə 28 milyon dollar əldə edərək reyting cədvəlinin ilk pilləsinə yerləşir. Filmdə məhşur aktyor və aktrisalar Ben Aflek, Cenifer Konneli, Skarlet Yohanson, Dryu Berrimor iştirak ediblər. Və hər kəsin oyunu tənqidçilər tərəfindən yaxşı qarşılanıb.
2010-cu ilin mart ayında Cenifer Enistonla Cerard Batlerin baş rollarda çəkildiyi Baş ovçuları adlı komediyanın premyerası olur. Ekran əsərinin kassa gəliri 130 milyon dollardan çox idi. Həmin il Dostdan daha əziz filmi ekranlara çıxır. Bir öncəki filmlə müqayisədə Dostdan daha əziz tənqidçilər tərəfindən daha yaxşı qarşılanır.
2010-cu ilin iyun ayına qədər Cenifer Enistonun çəkildiyi filmlər Amerikada 1 milyard dollardan çox gəlir əldə edib. Dünya üzrə bu rəqəm 2 milyarda yaxındır. Aktrisa bu ildə öz pərəstişkarlarını müxtəlif filmlərlə sevindirməkdədir. Bu ilin əvvəli Adam Sendlerlə çox maraqlı komediya filmi işıq üzü görüb. Və bir neçə filmlərin çəkilişləri hələ də davam edir.
Cennifer Eniston məşhur aktyor Bred Pittlə evli olub. Onlar 2000-ci iliyulun 29u Malibuda evləniblər. Cütlük 2005-ci il yanvarın 7də ayrılır və həmin il oktyabrın 2-də rəsmən boşanırlar. Buna səbəb Bred Pitin Cənab və Xanım Smit filmində baş rolları paylaşdiği aktrisa Ancelina Coliyə aşiq olması idi. Hal hazırda Bred Pittlə Ancelina Colinin 6 uşağı var.
Cenifer Eniston aktirisalıqdan başqa xeyriyyə işləri ilə də məşğuldur. Meksikada yetimlər evi açıb. Bunun üçün bir çox reklama və televiziya şolarına çıxıb və pul toplayıb. 2007ci ildə Forbes Jurnalının təyin etdiyi "Dünyanın Ən Zəngin Məşhurları" siyahısanda 110 milyon dollarlıq sərvətiylə 10. sırada yer alıb.

 

Vəzifə Aktyor