Kolin Fərıl

Doğum günü:

31 may, 1976

Yaş:

40

Kinotap-da filmlər:

7

Colin Fərıli, 1976cı il Mayın 31-i İrlandiyanın Castleknock qəsəbəsində dünyaya gəlib. Anası Rita Monaghan və atası Eamonn Fərılidir. Atası FAI Cup çempionu İrlandiya futbol klublarından Shamrock Roversin köhnə futbolçularından olub. İrlandiyalı aktyorun, Eamonn Jr. adında bir böyük qardaşı, Claudine və Catherine adında iki bacısı var. Claudine eyni zamanda Farrelin xüsusi assistentliyini edir. Təhsilinə Castleknockdakı St. Briged's National Schoolda başlayan və ardından Castleknock College və Gormanstown College-ni bitirən Colin Farrel, 1980ci illərin sonlarından 1990-cı illərin əvvəllərinə qədər Castleknock Celtic futbol klubunda qapıçı olub. Hər nə qədər gənc yaşlarında atası kimi məşhur bir futbolçu olmağı istəmişsə də, dram məktəbi olan The Gaiety School of Actingə daxil olaraq aktyorluq karyerası üzərində isləməyə başladı. 1996cı ildə məktəbi tam bitirmədən oradan ayrıldı və BBC Televiziyasının silsilə serialı Ballykissangel‘də; 1998-1999cu illər arasında isə yenə TV üçün hazırlanmış Dierdre Purcellin mini silsilə/serialı, Falling For A Dancerdə rol aldı.
Colin Farrel, 1999cı ildə Tim Rothun ilk rejissorluq sınağı olan The War Zone və ardından 2000ci ildə Thadedeus Sullivanın idarə etdiyi və Kevin Spaceyin də rol aldığı Ordinary Decent Criminalla tamaşaçı qarşısına çıxdı.
Heç şübhəsiz Colin Farrell debütünü 2000ci il istehsalı Joel Schemacherin idarə etdiyi və 1971ci ildə Lousianadakı əsgərlərdən bəhs olunan Tigerland adlı döyüş filmiylə reallaşdırdı. Farrelin filmdə canlandırdığı Roland Bozz xarakterinin, özünün gerçək həyatdakı gem vurulamayan və diqqətləri üzərinə çəkən quruluşuyla üst-üstə düşməsi sayəsində olduqca yaxşı tənqidlər qazandı. Bu filmin ardından 2001ci il istehsalı American Outlaws filmində Jesse Ceyms xarakterini canlandırdı. Bu filmlə Hollywooda transfer oldu.
2002ci ildə təkrar Joel Schemacher filmi olan Telefon köşkü`ndə rol alan Colin Farrel, artıq iyirmi yaşlarında Hollywoodun çox tələb olunan aktyorlarından birinə çevrildi. Əziz dinləyicilər gəlin Telefon köşkü filminin süjetinə və filmdən bəzi məqamlara bir nəzər salaq. Bir telefon zəngi insanın həyatını həm dəyişə, həm də söndürə bilər. Filmin qəhrəmanı Styu Şeferd telefon köşkünün əsirinə çevrilir. Filmdə snayperin öldürməklə hədələdiyi adamdan bəhs olunur. Styu Şeferd və ya sadəcə Styu (Colin Farrel) telefon köşkünə girir və telefonu götürərkən naməlum şəxs deyir ki,əgər o köşkdən çıxsa öləcək... Filmdəki hadisələr real zamanda baş verir-film hadisələrin baş verdiyi ilk dəqiqədən son dəqiqəyədək tam təsvir olunur. Filmdəki hadisələr Nyu-Yorkda baş versə də film Los-Ancelesdə çəkilib. Baş rol Cim Kerri, Uill Smit, Mel Gibson, Toni Kertisə qismət ola bilərdi. Maykl Bey filmin rejissoru ola bilərdi. Film əsasən Nyu-York universiteti tələbəsinin 1996-cı ildə lentə aldığı "Xəttin sonu" adlı qısametrajlı filmin motivləri əsasında ekranlaşdırılıb. Snayperçinin tam aydın görünmədiyi səhnə əvvəlcə Ron Eldardın, sonra isə Kifer Sazerlendin iştirakı ilə çəkilib. Filmin premyerası 2002-ci il noyabrın 15-nə planlaşdırılmışdı. Amma Merilenddəki faciədən sonra film 2003-cü il aprelin 4-ü ekranlara buraxıldı. 1960-cı illərdə Larri Koen filmin konsepsiyasını Alfred Hiçkoka təklif edir. İdeya Alfred tərəfindən bəyənilsə də, qəhrəmanın niyə telefon köşkündən çıxa bilmədiyinin səbəbini tapa bilmirlər. Koen 1990-cı illərdə ssenarini yenidən vərəqləyir və snayperçi ideyasını fikirləşir. Larri Koen filmin ssenarisini bir aya yazıb. İrlandiyada film "Telefon qutusu" adı altında ekranlara çıxıb. Filmdəki bütün səhnələr ardıcıllıqla lentə alınıb. Film cəmi 12 günə lentə alınıb. 10 gün telefon köşkünün içindəki çəkilişlər üçün, 2 gün isə telefon köşkünün ətrafındakı çəkilişlər üçün lazım olub. Styu günahlarını etiraf etdiyi səhnə bircə dubla lentə alınıb. Keti Holmsla restorandakı kadr dubllararası fasilələrdə lentə alınıb. Ketinin baxışları rejissorun xoşuna gəlir və epizodu filmə əlavə etmək qərarına gəlir. Karyrasına 2002ci ilin sonlarında, Bruce Willislə baş rollarını paylaşdığı Hart's War ilə davam edən Farrel, eyni ildə, Tom Cruiseun baş rolda çəkildiyi Steven Spielberg filmi Minority Reportla da tamaşaçı qarşısına çıxdı.
2003cü il istehsalı Daredevil və Al Pacinoyla oynadığı The Recruit, 2004cü il istehsalı detektiv macəra S. W. A. T. və Makedoniyalı İskəndər kimi bir çox polulyar filmdə rol alan Colin Farrel, tək başına filmləri apara bilən bir aktyor halına gəldi. İndi isə əziz dinləyicilər Böyük İskəndər haqqında bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm. Sora isə söhbətimizə qaldığımız yerdən davam edəcəyik. Makedoniyalı İsgəndər 21 E.ə.356ci ildə iyulul 21i Pellada dünyaya gəlib - e.ə. 323 iyunun 10u Babildə dünyasını dəyişib. İskəndər qədim dünyanın görkəmli sərkərdəsi olmaqla yanaşı həmdə bacarıqlı dövlət xadimi idi. E.ə.336-cı ildən Makedoniyanın hökmdarı seçilən İskəndər , Aristotelin şagirdi olub.
2003-cü ildə People Jurnalının ən gözəl 50 insan siyahısına seçilən və Company Jurnalının "Dünyanın ən cazibədar adamı" səs verməsində altıncı olan Colin Farrelin 12 yaşından bu yana xroniki yuxusuzluq problemi var. Onun ən sevdiyi kitabın adı "Nietzsche Ağladığında"dır.
Məşhur aktyor Colin Farrelin təyyarə qorxusu var. Sən demə o təyyrədə uçmaqdan qorxurmuş. Eva Longoria:Botoks iynələrindən qorxur. David Beckham : qarişiq və daginiq yerlərdə bagli qalmaqdan qorxur. Madonna : goy gurultusundan qorxur,hətta uşaq kimi goy guruldadigi zaman yorganinin altinda gizlənir. Jennifer Aniston: yuksəklikden qorxur,məcbur qalmadiqda təyyarədən istifadə etmir. Eminem :Bayquşlardan qorxur,şəkillərinə belə baxa bilmir. Pamela Anderson :Guzguyə baxmaqdan qorxur. Nicole Kidmanın :qorxusu sadəcə kəpənəklərdəndi. Johnny Depp : tamaşacilar qarşisinda mahni ifa etməkdən qorxur. Carmen Electra : Dənizdə bogulmaqdan qorxur və bu səbəblədə suya girmir. Justin Timberlake :ilan,horumcək və dəniz qorxusu var. Keanu Reeves : qaranliqdan qorxur. Orlando Bloom : donuzlardan qorxur hətta iyrənir. Rihanna: Sudan və suda yaşayan hər şeydən qorxur. Deniel Redklif ve Conni Dep klounlardan qorxur. Hupi Golbergdə Colin Farrel kimi təyyarədə uçmaqdan qorxur. Vudi Allen böceklərdən, itlərdən, uşaqlardan, yükseklikdən, sıxlıqdan, xərçəng və Manhetton xaricində her yerdən qorxur. Colin Farrel haqqında söhbətimizin sonunda onu da demək istəyirik ki: fərdi həyatını kameralardan uzaq yaşamağı seçən aktyor film çəkilişlərindən artıq qalan zamanını evim dediyi İrlandiyada keçirir və bu sözləriylə vətəninə olan sevgisini göstərir: "İrlandiyalı olmaq mənliyimin çox böyük bir parçasıdır... Getdiyim hər yerə onu da aparıram." Aktyorun oğlu Ceyms adlı oğlu 2003cü il Sentyabrin 12-si anadan olub.

Vəzifə Aktyor