Natali Portman

Doğum günü:

9 iyun, 1981

Yaş:

35

Kinotap-da filmlər:

1

Natali Portman  israilli və amerikalı aktrisa. 1994- cü ildə Leon filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars prequel trilogy filmində oynadığı Padme Amidala obrazı gətirib.

Həyatı

Məşhur Amerika aktrisası Natali Portman 1981-ci il iyun ayının 9-da Qüdsdə, Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına agentlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi Rusiya və Avstriyadan, ata tərəfi isə Rumıniya və Polşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın 3 yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivrit və ingilis dillərindən başqa, fransız, alman, yapon və ərəb dillərini öyrənir.

Karyerası

Aktrisa "Leon" (1994) və "Yaxınlıq" (2004) filmlərindən sonra məşhurlaşıb. 2009-cu ildə çəkilməsi nəzərdə tutulan "Qardaşlar" hərbi dramında Ceyk Cillenhal, Tobi Maquayr və Natali baş rolları ifa edəcəklər. Uşaqlıqdan vegetarian olan Portman heyvanların və ətraf mühitin hüquqlarını qoruyur. O, ət məhsulları ilə qidalanmır, xəz, lələk və dəridən olan geyimlərdən istifadə etmir. 2007-ci ildə Natali süni materiallardan hazırlanan ayaqqabı istehsalına başlayaraq öz biznesini qurur. Portmanın aktyorlar Qael Qarsiya Bernal və Ceyk Cillenhalla romantik münasibəti olub. Natalinin multimilyarderlər Net Rotşildlə görüşdüyü ehtimal edilir. Aktrisa "Carmensita" klipinə çəkiləndən sonra, Venesuelanın folklor-müğənnisi Devendra Banhart ilə görüşməyə başlayıb.

Vəzifə Aktyor