Şarliz Teron

Doğum günü:

7 avqust, 1975

Yaş:

41

Kinotap-da filmlər:

4

Şarliz Teron (7 avqust, 1975) Cənubi Afrikalı aktrisa, kino prodüser və keçmiş modeldir.

Yerli gözəllik müsabiqələrinin qalibi olan Şarliz 16 yaşında model karyerası qurmaq üçün Milana gedir. Daha sonra Nyu-Yorka köçür və baletlə məşğul olur. Ancaq dizindən aldığı zədə onu bu yoldan döndərir.

Anasının Los Ancelesə getmək üçün bağışladığı bilet ona uğurlu gələcək gətirir. Los Ancelesdə qaldığı ilk günlərdə pul çəkmək üçün banka müraciət edir. Bank işçisi ilə mübahisəsindən sonra film meneceri Con Krobsi ona yaxınlaşaraq filmdə oynamaq təklifini edib.

Beləcə, Şarliz Teron aktrisa kimi məşhurlaşır.

Aktrisanın həyatında ən faciəvi hadisə onun alman əsilli anasının atasını güllələməsi olub. Içki düşkünü olan atası anasını döyür, ona əziyyət verirmiş. Nəhayət, anası onu öldürmək məcburiyyətində qalıb.

“Unudulmaz Noyabr”, “Bədheybəd”, “Cənub ölkəsi” adlı filmlərə çəkilib. Akademiya, Emmi, Qızıl Qlobus kimi mükafatlara “Ən yaxşı aktrisa” nominasiyasında layiq görülüb.

Mənbə: kulis.az

Vəzifə Aktyor