Coş Hartnet

Doğum günü:

21 iyul, 1978

Yaş:

38

Kinotap-da filmlər:

1

Coş Hartnet (ing. Josh Hartnett, 21 iyul, 1978, Minnesota, ABŞ) — amerikalı aktyor və prodüser.

İrland mənşəli Amerika aktyoru Coşua Daniel Hartnett 21 iyul 1978-ci ildə San-Fransisko şəhərinin Minnesota ştatındakı Sent-Pol şəhərində, hippi fəlsəfəsi və mədəniyyətinə pərəstiş edən bir ailədə dünyaya göz açıb. Yeniyetməlik illərində Coş futbolla ciddi maraqlanır və bu idman növünə vaxt sərf edirdi. Lakin sol dizindən aldığı zədə onun futbol xəyallarına son qoyur. 1996-cı ildə Minneapolis şəhərində məktəbi bitirən Coş, Nyu-York ştatındakı Perçes Universitetinə daxil olur. Ancaq bir il sonra Coş təhsilini yarımçıq qoymalı olur.

1997-ci ildə onun televiziyadakı karyerası başlayır. Coş Hartnetə teleseriala çəkilməyi təklif edirlər. Aktyor kimi ilk rolu aviaşirkətdə kuryer obrazı olub. 1998-ci ildə böyük ekrandakı ilk ən uğurlu layihəsində iştirak edənədək Coş əsasən reklam çarxlarına çəkilir. 1999-cu ildə o, "Hellouin: 20 il sonra" (1998) filmində yaratdığı Con Teyt obrazına görə MTV kanalından "Kişi obrazlar arasından ilin sıçrayışı", 2002-ci ildə isə həmin kanaldan "Perl Harbor" (2001) filmində canlandırdığı kapitan Denni Uoker xarakterinə görə "Ən yaxşı kişi rolu" nominasiyası üzrə mükafatlar qazanır. 2001-ci ildə çəkildiyi daha bir ekran əsəri - "Qara Qırğı Düşdü" filmindəki serjant Mett Eversmen obrazı da aktyorun məşhurlaşmasında az rol oynamır. Coş Hartnet musiqinin caz və blüz cərəyanlarının vurğunudur. Eyni zamanda o, təsviri incəsəntlə də maraqlanır. Vegetarian həyatı yaşayan Coş yoqa ilə məşğul olur. Onun sevimli yazıçısı Fyodor Dostoyevskidir. Coş Hartnet və Elden Henson "Roulette Entertainmant" adlanan müştərək studiya qurublar. Son zamanlaradək aktyorun Skarlet Yohanssonla görüşdüyü bildirilirdi. Onlar "Qara səhləb çiçəyi" (2006) filminin çəkilişləri zamanı tanış olublar. Ancaq bəzi mənbələrə görə, indi Coş Hartnett müğənni Rihanna ilə görüşür.

Vəzifə Aktyor