Kim Ki Duk

Doğum günü:

20 dekabr, 1960

Yaş:

55

Kinotap-da filmlər:

18

Kim Ki Duk (kor. 김기덕, Konseviç sistemində — Kim Qidok; d. 20 dekabr 1960) — Cənubi Koreya kinorejissoru, Venesiya kinofestivalının "Qızıl şir" mükafatı laureatı ("Pyeta" filminə görə).

Kim Ki Duk 1960-cı il dekabr ayının 20-də Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Ponxva uyezdindəki Sobyonni kəndində anadan olub. Maddi çətinliklər üzündən 9 yaşındaykən məktəbdən ayrılaraq fabriklərdə çalışmağa başlayıb. 20 yaşında hərbi dəniz qüvvələrinə qatılır və 5 il orduda çavuş olaraq xidmət edir.
1990-cı ildə Fransaya köçən Kim Ki Duk burada rəssamlıq edərək öz həyatını keçirir. Və həvəsi olduğu - filmlərə ssenarilər yazır. Bir neçə mükafatlara layiq görülür. 1993-cü ildə Cənubi Koreyaya qayıdan Kim, burada film ssenariləri yazmağa başladı və 1995-ci ildən Korean Film Council'da iki mükafat birdən qazanır.

Kim, 1996`cı ildən kiçik büdcəli Timsah adlı filmiylə ilk kino rejissor kimi fəaliyyətinə başladı. Heç bir Kino təhsili almayan Kim bu filmi ilə Koreyalı film tənqidçilər tərəfindən tənqid atəşinə tutuldu. 2004`cü ildə Samariyalı Qız film ilə Berlin Beynəlxalq Film Festivalı`nda, Boş Ev filmi ilə də Venesiya Kino Festivalı`nda Ən yaxşı rejissor mükafatını aldı. 2011`ci ildə Arirang filmi ilə Kann Film Festivalı`nın Un Certain mükafatları bölümündə ən yaxşı film mükafatını qazandı. Hal-hazırda isə filmsevərlər tərəfindən tanınan Art-Haus janrını təmsil edən filmlər arasında ən çox izlənilən rejissorlardan biridir.

Vəzifə AktyorProducer