Arnold Şvartsenegger

Doğum günü:

30 iyul, 1947

Yaş:

69

Kinotap-da filmlər:

7

Arnold Alois Şvartsenegger (almanca Arnold Alois Schwarzenegger) 30 iyul 1947-ci ildə Avstriyanın Qrats şəhəri yaxınlığında yerləşən Tal kəndində anadan olub. Polis zabiti olan atası Qustav, 1938-ci ildən Nasional-Sosialist partiyasının üzvü idi.
Atası Qustav oğlunu futbolçu kimi görmək istəyirdi. Arnold isə uşaqlıqdan bəri ağırlıq qaldırma ilə məşğul olurdu. 1965-ci ildə Arnoldu hərbi xidmətə çağırırlar. Elə həmin ildə o bodibildinq üzrə "Mister Avropa" yarışmasında iştirak etmək üçün özbaşına hərbi hissəni tərk edir və həmin yarışmada iştirak edərək qalib gəlir. İki il sonra isə, o dünyanın ən gənc "Mister Dünya" titulunu qazanmış idmançı olur. Sonradan o bu titulu daha 4 dəfə əldə edir.
21 yaşı tamam olanda Arnold ABŞ-a köçür. Bodibildinq məşqlərini burda da davam etdirir. O burada həmçinin Viskonsin Universitetində təhsil alır və 1979-cu ildə biznes və beynəlxalq iqtisadiyyat üzrə dərəcə alır. İdmandan gələn gəlirlərlə o daşınmaz əmlak alır və bodibilderlər üçün məşq alətləri satan şirkət açır. 22 yaşında isə artıq milyonçu olur.
1987-ci ildə Maria Şrayver ilə ailə həyatı qurub. 4 uşağı var. Arnold ürəyində 2 əməliyyat keçirmişdir və sağlamlığı ilə bağlı olaraq daima narahatdır.

22 yaşında o özünü aktyor kimi sınamaq qərarına gəlir və Hollivuda üz tutur. Prodüsserlərin Arnoldun xarici görünüşü və bədən quruluşundan xoşları gəlsə də, onun soyadının çətin səslənməsi onları "Herkules Nyu-Yorkda" (Hercules In New-York) filmində onun adı və soyadını Arnold Stronq kimi qeyd etmələrinə səbəb olmuşdu. 1976-cı ildə çəkildiyi "Ac Qal" (Stay Hungry) filmindəki roluna görə o perspektivli aktyor nominasiyasında "Qızıl Qlobus" mükafatına layiq görülmüşdü. İlk ciddi filmləri 1982-ci ildə çəkildiyi Barbar Konan (film, 1982) (Conan the Barbarian) və 1983-cü ildə çəkildiyi Konan Dağıdıcı (Conan the Destroyer) filmləri olmuşdu. İlk böyük uğuru isə 1984-cü ildə rejissor Ceyms Kemeronun çəkdiyi "Terminator" (The Terminator) filmi olmuşdur. Büdcəsinin az olmasına baxmayaraq film kasset kirayəsində uzun müddət birinci yeri tutmuşdur. Bundan sonra o 1985-ci il "Kommando" (Commando), 1987-ci ildə isə "Yırtıcı" (The Predator) və "Qaçan Adam" (The Running Man) kimi filmlərdə tənha super-qəhrəman kimi çəkilmişdir.
Arnold özünü komediya filmlərində sınamaqdan da çəkinməmişdir. 1988-ci ildə çəkildiyi "Əkizlər" (The Twins) filmində onun tərəf müqabili Denni DeVito olmuşdur. Bundan sonra Arnold periodik olaraq 1990-cı ildə "Uşaq Bağçası Polisi" (Kindergarten Police), 1994-cu ildə "Junior" (Junior), "Doğru Yalanlar" (True Lies) kimi bu növ filmlərdə çəkilmişdir.
1991-ci ildə Ceyms Kemeron tərəfindən çəkilən "Terminator 2: Axirət günü" (Terminator 2 – Judgement Day) filmi olduqca böyük uğur və 4 Oskar mükafatı qazanmışdır.
Onun filmləri arasında uğur qazanmayan 1997-ci ildə çəkilən "Betmen və Robin" (Batman and Robin) və 1993-cü ildə çəkilən "Son Kino Qəhrəmanı" kimi filmlər də olmuşdur (Last Action Hero).

Vəzifə Aktyor