Lük Besson

Doğum günü:

18 mart, 1959

Yaş:

57

Kinotap-da filmlər:

2

Lük Besson (fr. Luc Besson;18 mart 1959-cu il Paris, Fransa) — fransız rejissoru.

Lük Bessonun uşaqlıq arzusu delfinlər üzrə mütəxəssis olmaq idi. Amma bədbəxt bir hadisə nəticəsində fiziki imkanları məhdudlaşır və bu səbəbdən o, arzusuna çata bilmir və mehrini kino sənətinə salır. Tanınmış fransız rejissoru və prodüseri Lük Besson böyük kinoya rejissor assistenti kimi gəlir. "Axırdan ikinci" debüt filmi uğurlu alınır və Bessonu ikinci "Yeni dalğa" cərəyanına aid edirlər.

Tədricən Lük Bessonun rejissor üslubu formalaşır: onun filmlərinə gərgin hərəkət, melodramatizm, fransızsayağı yumor xasdır. Besson melodramdan tutmuş fanteziyə qədər bütün janrlarda işləyir: "Tunel", "Leon", "Nikita", "Janna Dark", "Beşinci element", "Mələk A", "Taksi", "Mavi ənginlik" və s.

Vəzifə Producer