Robin Vilyems

Doğum günü:

21 iyul, 1951

Yaş:

65

Kinotap-da filmlər:

4

Robin Vilyems (ing. Robin Williams;21 iyul 1951-ci il) —ABŞ aktyoru, «Oskar» mükafatı laureatı.

Məşhur Hollivud ulduzu, pantomim və səs janrının ustası Robin Vilyems Çikaqoda doğulub.
Bu yaxınlarda 57 yaşlı aktyor təngənəfəslik səbəbindən ABŞ-dakı qastrollarını təxirə salıb. O, Florida ştatında «Özünüməhv silahı» adlı yumoristik şounun 4 tamaşasını ləğv edib. Onun nümayəndəsi Dayyan Rouzen bildirib ki, Robin Vilyems sağalandan sonra konsertlərini bərpa edəcək: «Təxirə salınan tamaşalara alınan biletlər ləğv edilməyəcək. Buna baxmayaraq, arzu edənlər biletləri geri qaytararaq pullarını ala bilərlər». Qeyd edək ki, Uilyams ötən ilin sentyabrından «Özünüməhv silahı» şousu ilə ABŞ-ın 80 şəhərini gəzir.
Rouzen aktyorun hazırda harada olduğunu və əməliyyatın nə zaman olacağını açıqlamayıb. Qeyd edək ki, bundan əvvəl «The Miami Herald» aktyorun kəskin ağrılarla Mayami xəstəxanalarından birinə aparıldığını bildirmişdi.
Robin Vilyemsın atası vaxtilə «Ford» korporasiyasının rəhbərliyinə daxil olub. Lakin oğlu onun yolunu seçməyərək aktyor kimi fəaliyyət göstərməyə üstünlük verib. Robin Vilyems «Missis Dautfayr», «Qudzon üzərində Moskva», «Cumanci» bədii filmləri və çoxsaylı cizgi filmlərinin səsləndirilməsi ilə məşhurdur. Onun namizədliyini «Sabahın xeyir, Vyetnam» və «Ölü şairlər cəmiyyəti» filmlərindəki rollarına görə iki dəfə «Oskar» mükafatına irəli sürüblər. Lakin Vilyems «Oskar»ı bu filmlərə görə deyil, 1997-ci ildə çəkilən «Ağıllı Uill Hantinq» filmindəki ikinci plandakı roluna görə alıb..

Vəzifə Aktyor