Kloui Qreys Morets

Doğum günü:

10 fevral, 1997

Yaş:

19

Kinotap-da filmlər:

8

Kloui Qreys Morets (ing. Chloë Grace Moretz) — Amerikalı aktrisa və model. 7 yaşından film karyerasına başlayan Kloui bir çox film və seriallarda çəkilmişdir. Bununlada "Young Artist Awards" mükafatına namizədliyi irəli sürülmüşdür.

2010-cu ildə Kick Ass filmində oynadığı Hit Girl obrazı böyük marağa səbəb olmuşdur. Bu filmlərdəki uğurundan sonra o, "Məni İçəri Burax" və "Huqo" kimi uğurlu filmlərə çəkilmişdir.

Kloui 1997-ci ildə ABŞ-ın Corciya ştatının Atlanta şəhərində anadan olub. Anası Terri tibb bacısı atası Makkoy Li Morets isə estetik cərrahıdır. Klouinin Brandon, Trevor, Kolin və Etan adlı özündən böyük 4 qardaşı var. Kloui ailəsinin Xristianlığa çox bağlı olduğunu qeyd edib. Ailəsi dəstəkləmədiyi halda qardaşlarından biri Trevor onun aktrisa olmasına kömək edib.

Kloui 2001-ci ildə ailəsi ilə birgə Corciyaya köçüb. O burada Professional Performing Arts School məktəbinə daxil olur. Əvvəllər aktrisalıq onun sadəcə maraq dairəsi idisə sonradan onun Hollivuddakı kariyerası onu 2003-cü ildə Los Ancelesə gəlməsinə səbəb olur.

Onun Hollivudda çəkildiyi ilk filmi isə "The Guardian" serialında çəkildiyi 2 seria olur. İlk oynadığı film isə Moli rolu ilə "Heart of the Beholder" filmidir. Bundan sonra bir-birinin dalınca bir çox filmlərə çəkilməyə başladı.

Kloui heç vaxt film premyeralarına və ya çəkiliş meydançasına dostlarını çağırmır. Belə olan halda o özünü daha rahat və yaxşı hiss etdiyini vurğulayıb. O video oyun oynamağı, xizək sürməyi və müxtəlif janrlı mahnılara qulaq asmağı xoşlayır. Məşhur pop müğənnilər olan Rihanna və Britni Spirsin fanatıdır.

Vəzifə Aktyor