Cered Lito

Doğum günü:

26 dekabr, 1971

Yaş:

44

Kinotap-da filmlər:

3

Cered Lito – aktyor, vokalist.

Cered Lito 26 dekabr 1971-ci ildə ABŞ-ın Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cered sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cered Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cered sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır. Bir müddət sonar o, Nyu-Yorkdakı Təsviri İncəsənət Universitetinə keçirilir. Hələ tələbə ikən Lito ssenari yazır və "Crying Joy" adlanan öz filmində baş rollardan birini ifa edir. 1992-ci ildə Cered aktyor olmaq məqsədilə Nyu-Yorkdan Los Ancelesə köçür. 1996-1997-ci illərdə o, "People" jurnalının rəyinə görə "Dünyanın 50 ən gözəl insanı" siyahısına düşür. 2000-ci ildə "Amerika dəlisi" və "Arzu rekviyemi" psixoloji trillerləri ekrana çıxır. Cered Lito 1998-ci ildə qardaşı ilə birlikdə əsasını qoyduğu "30 seconds to Mars" alternativ rok qrupunun vokalistidir.

Vəzifə Aktyor