Fərəh Zeynəb Abdulla

Doğum günü:

17 avqust, 1989

Yaş:

27

Kinotap-da filmlər:

4

Türkiyəli aktrisa.
İraq Türkmənlərindən olan atası ilə Türk və Bosniyalı mənşəli olan ananın qızı olaraq İstanbulda doğuldu.  Liseyin bir qisimini İstanbul Saint Michel Fransız Liseyində oxumuşdur. Ancaq daha sonra lisey dəyişərək İngiltərədə  təhsilini tamamlamışdır. "Elə Bir Keçər Zaman ki" adlı serialın 2-nci mövsümündən sonra, serialdan ayrılaraq, aktrisalıq karieri üçün universitetini dondurduğu Kent Universiteti (İngiltərə) Fransızca-Drama hissəsinə dönüb, təhsilini tamamlamış və 2013-də diplomunu almışdır.
Fərəh Zeynəb, universitetə başlamağa hazırlanarkən "Elə Bir Keçər Zaman ki" adlı serial üçün təklif gəldi. İngiltərəyə, məktəbinə dönməsinə üç gün qala sınaq çəkilişlərindən uğurla keçir və Aylin roluna seçilir. Bu serialda dörd uşaqlı bir ailənin ikinci uşağı olan Aylini canlandırmışdır. Yılmaz Ərdoğanın filmi Kəpənəyin Yuxusunda oynamışdır. Baş rolları Kıvanç Tatlıtuğ və Mərd Firat paylaşmışdır. 2014dən etibarən Star TVdə yayınlanan Qurd Seyid və Şura adlı  serialda baş rol oynamaqdadır.

Vəzifə Aktyor