Jerar Depardye

Doğum günü:

27 dekabr, 1948

Yaş:

67

Kinotap-da filmlər:

3

Jerar Depardye (d. 27 dekabr 1948) Oskar mükafatına namizəd göstərilmiş, Qızıl kürə mükafatı sahibi Fransız aktyor. Fransanın qabaqda gələn aktyorlarından olan biridir.Fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə "Bizim ümummilli Depardyemiz" adlandırırlar.O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinosunun inciləri sırasına daxil olub. Depardye həm də aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir.
2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri - onun davamçısı və gözəl aktyor Qiyom Depardye gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardye arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışıblar və qəfil ölüm onları həmişəlik ayırıb. Depardye oğlunun ölümünü çox ağır keçirib. O, yubiley günlərində heç bir telekanala müsahibə verməyib

Vəzifə Aktyor