Həmidə Ömərova

Doğum günü:

25 aprel, 1957

Yaş:

59

Kinotap-da filmlər:

3

Ömərova Həmidə Məmməd qızı — aktrisa, Azərbaycanın xalq artisti, dosent.

Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olmuşdur. 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979-1993-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə almışdır. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir.
1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifidir.



Yaratdığı obrazlar: Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s.
1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Filmoqrafiya

Anlamaq istəyirəm (film, 1980)
Arşınmalçı (film, 1985)
Azərbaycan çayı (film, 2003)
Babamızın babasının babası (film, 1981)
Bayramda yağış (film, 1985)
Bəyaz həyat (film, 2003)
Bir axşam... (film, 1985)
Burulğan (film, 1986)
Cərrahiyyə Əməliyyatı – Dilşad (1988)
DHD (film, 1982)
Doğma sahillər (film, 1989)
Dronqo (serial, 2002) – Elmira. Moskva, "NTV+"
Əzablı yollar (film, 1982)
Fikirləşmək lazımdır (film, 1980)
Gecə qatarında qətl (film, 1990)
Gümüşü furqon (film, 1982)
Günaydın, mələyim! (film, 2008)
Güzgü (film, 1990)(I)
Həmidə Ömərova (film, 2003)
Humayın yuxusu (film, 1985)
Kallıq (film, 1981)
Kinoştrix (????-2007)
Qafqaz (film, 2007)
Qəzəlxan (film, 1991)
Qızıl uçurum (film, 1980)
Qorxma, Mən Səninləyəm (1981)
Qorxulu oyunlar – Mərhəmət (1992)
Mən onun xoşuna gəlirəm – Məhəbbət (1985)
Müqəddəs oda yanaram (film, 1991)
Musiqi müəllimi (film, 1983)
Nizami (film, 1982)
Ölsəm... bağışla (film, 1989)
Otel otağı (film, 1998)
Özgə ömür (film, 1987)
Retro (veriliş)
Seans (veriliş, 2007)
Susmuş vicdan (film, 2010)
Şeytan göz qabağında (film, 1987)
Şirbalanın məhəbbəti (film, 1991)
Tənha durna uçuşu (film, 2003)
Təxribat (film, 1990)
Ultionis
Üzeyir ömrü (film, 1981)
Vah!.. (film, 1980)
Yol əhvalatı (film, 1980)
Zendane Div – Nuriyə (İran, 1993)
Zəli (film, 2003)

Vəzifə Aktyor