Gülşən Ənnağıyeva

Kinotap-da filmlər:

1

Pianoçu, Pedaqoq, Azərbayjan Respublikasının Əməkdar Artisti.

Ənnağıyeva Gülşən 1979-1984-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ali təhsil almışdır. Tələbə illərindən bu günlərə qədər müxtəlif və çoxsaylı konsert və festivallarda çıxış etmişdir. Azərbaycan Dövlət Konservatoriyasını bitirərkən ona konsert ifaçısı, müəllim, konsertmeyster və kamera ansamblı solisti adı verilmişdir. 1984-1987-ci illərdə ADK nəzdində Ş.Məmmədova adına Opera studiyasında konsertmeyster, 1987-1991-ci illərdə simli alətlər və xor dirijorluq kafedrasında konsertmeyster, 1982-1985-ci illərdə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin solisti, 1986-cı ildə M. Maqomayev adına Filarmoniyasının solisti olmuşdur. 1996-cı ildə Türkiyə Respublikasına işə dəvət almışdır və Kayseri şəhərində "Erdjies" Dövlət Universetində müəllim vəzifəsində çalışmışdır. Orada müəllim fəaliyyəti ilə yanaşı konsert fəaliyyəti ilə də məşğul olmuşdur. Türkiyədən qayıdarkən Bakı Musiqi Akademiyasında dosent vəzifəsində işini davam etdirir. 2003-cü ildə Vektor Beynəlxalq Elmi mərkəzin qərarı ilə Tanınmış Azərbaycan Qadınları proyektinin qalibi olmuşdur. 2004-cü ildə iki ayrı konsertdən ibarət iki kompakt diski işıq üzü görmüşdür: 1. "The theatre of the music and painting"; 2."Fusion". Moskva, Minsk, Lvov, Kaunas, Vilnyus, Tiflis, Daşkənd, Odense (Danimarka), Münxen (Almaniya), Tunis (Tunis), Mexiko (Meksika), Bazel, Bern (İsveçrə) Paris (Fransa), şəhərlərində konsertlərlə çıxış etmişdir. Gülşən Ənnağıyevanın repertuarı olduqca zəngindir, eyni zamanda o, bir çox milli və xarici bəstəkarlarin musiqi əsərlərinin ilk ifaçısı olmuşdur. O, nəyinki Respublikamızda, həmçinin onun hüdudlarından kənarda, klassik Avropa bəstəkarları ilə yanaşı Azərbaycan bəstəkarların əsərlərini də yuksək professionallıqla ifa edərək ölkəmizi layiqınca təmsil etməktədir. 18 sentyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə G.Ənnağıyeva "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri ada layiq görülmüşür.

 

Vəzifə Aktyor