Rani Mukerci

Doğum günü:

21 mart, 1978

Yaş:

38

Kinotap-da filmlər:

1

Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1992) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb.

Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.
Rani, Maneckjee Cooper orta məktəbini bitirmişdir. Tezliklə o, Mumbayın kino istehsalçılarından təkliflər almağa başlayır. O, Bollivuda gedir və nəticədə dünya kino sənayesinin ən yaxşı aktrisalarından birinə çevrilir.
Onun 1996-cı ildə çəkildiyi ilk film olan "Raja Ki Aayegi Baraat" o qədər uğur qazana bilmir. Rani Mukhercinin çəkildiyi "Həyatda hər şey olur" (1998) ekran əsəri onun böyük müvəffəqiyyət qazanmasına səbəb olur. O, bu filmdə Hindistan kinosunun əfsanəsi, aktyor Şahrux Xanla tərəf-müqabil olmuşdu.
Bu filmdən sonra Raniyə gələn kino təklifləri daha da artır. O, 2002-ci ildə "Sevgi anatomiyası" filminə çəkilir. 2004-cü il Rani üçün daha uğurlu gəlir. Hindistanın nəhəng kinokompaniyalarından olan "Yash Raj Films" Rani ilə əməkdaşlıq edir. Möhtəşəm kino nümunəsi olan "Vir və Zara" filmində (rejissor: Yaş Çopra) ifa etdiyi rol geniş tamaşaçı auditoriyasının rəğbətinə səbəb olur.
Aktrisa eyni zamanda estrada səhnəsində beynəlxalq turneydə də özünü sınamışdır. "Temptations-2004" turu Rani üçün ən uğurlu konsertlərdən biri olur. Rani həmin turneydə Şahrux Xan, Səif Əli Xan, Priti Zinta, Arcun Rampal, Priyanka Çopra kimi nüfuzlu aktyorlarla birgə iştirak etmişdir.
Rani Mukherci 3 dəfə (2005-ci ildən 2007-ci ilə qədər) "Bollivudun ən yaxşı aktrisaları" siyahısına başçılıq etmişdir.
2006-cı ilin fevralında "Filmfare" jurnalı "Bollivudun 10 böyük ismi" siyahısında onu səkkizinci, 2007-ci ildə isə 5-ci yeri layiq görmüşdür.

Vəzifə Aktyor