Fyodor Bondarçuk

Doğum günü:

9 may, 1967

Yaş:

49

Kinotap-da filmlər:

5

Fyodor Bondarçuk — sovet və rus aktyoru, rejissor, kino və televiziya prodüseri, musiqi video direktoru, teleaparıcısı və teleakademik.

Həyatı 
Fyodor 1967-ci ildə mayın 9-u Moskvada doğulub. Sənətçi ailəsində doğulan Fyodorun atası tanınmış (Sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti) Sergey Bondarçuk , və anası (Sovet və Rusiya aktrisası) İrina Skobseva olmuşdur. 1985-ci ildə məktəbi qurtarıb, rejissorluq fakultəsinə ümumrusiya dövlət kinomotoqrafiya institutuna daxil oldu, və iki ilini donduraraq orduya getdi. İnstituta 1989-cu ildə qayıtdı, və dərhal Yuri Ozerovun çəkdiyi "Stalinqrad" (1989)-cu il filmində İvan adı rolunda yer aldı. Bu rol Fyodorun aktyor karyerasında ikinci oldu, çünki onun ilk debüt rol aldığı film olan "Boris Qodunov" filmində 1986-cı ildə kiçik rol ilə çıxış etmişdi. Bundan sonra Fyodor inustuta qayıdaraq inustutu uğurla başa vurduqdan sonra, onun uşaqlıq dostuları Stepan Mixalkov və Sergey Kojevnikovım ilə "Art Pictures" adlı Televiziya və film üçün çəkiliş, bundan başqa, müxtəlif TV proqramları, film və musiqi layihələr istehsalı ilə fəaliyyət göstərən şirkət qurdular.

Qazandığı uğurlar 
Fyodor Bondarçuk 2005-ci ildə çəkdiyi «9. bölük» — (rus. «9 рота») adlı film Fyodor üçün çox uğurlu bir iş oldu. Fyodor bu filmdə xaxol əsgər rolunda yer almışdır. Filmin büdcəsi 9,5 milyon dollar təşkil etdi, filmdə təyyarənin (450 min dollar) partlayışı ən bahalı səhnə oldu. Bu filmin ardında Rusiyada bu film ilin ən yaxşı film statusu əldə etdi və bir sıra mükafatlar qazandı.Buda Fyodorun məşhurlaşmasında böyük naliyyət oldu.

Bu uğurdan sonra Fyodorun 2013-cü il istehsalı olan Stalinqrad adlı filmi Fyodor üçün daha önəmli oldu. Bu film Fyodor Bondarçuk tərəfindən IMAX formatında, yüksək dərəcəli keyfiyyətlə çəkilmiş ilk Rus filmidir. Büdcəsi 30 000 000 $ dollar olan filmin, büdcə gəliri 66 130 000 $ dollar olmuşdur (2013-cü il 2 dekabr tarixinə əsasən). Bu film 2013-ci ildə film mükafat üçün "Ən Yaxşı Xarici Film" və "Oskar" mükafatı üçün Rusiya tərəfindən namizədliyini irəli sürülüb.

 

Vəzifə AktyorProducer