Robert De Niro

Doğum günü:

17 avqust, 1943

Yaş:

73

Kinotap-da filmlər:

11

Həyatı
1943-cü il 17 avqustda Nyu-Yorkda anadan olub. İstedada malik valideynlərin övladı olsa da demək mümkündü ki, uşaqlıq dövrlərindən onun üçün heç də parlaq xatirələr qalmayıb. Əksinə balaca Robert cürbəcür sıxıntılar yaşayıb. Üç yaşı olar-olmaz atası ilə anası ayrıldılar və onun uşaqlığı Manhettendə "Balaca İtaliya" adlanan məhəllədə keçdi. Və Robertin təlim-tərbiyyəsi ilə bütövlükdə anası məşğul oldu. Həmin dövrlərdə o, digər uşaqlardan seçilmirdi, arıq, sısqa bir oğlan idi. Əksər uşaqlar kimi Robert də məktəbə getdi. Dərslərində həmyaşıdlarından o qədər seçilməsə də kiçik De Niro məktəbdə, həm də küçə teatr truppalarınin hazırladığı tamaşalarda iştirak edirdi. Və bütün bunları gələcək şedevrin ilk rolları da adlandırmaq olardı. Oxuduğu məktəbdə bu xoş simalı, arıq, ağbəniz Roberti "Südlü Bobbi" adlandırırdılılar. Məhz elə həmin illərdə kiçik Robert hiss edirdi ki, aktyor olmaq istəyir və bu arzusunun qarşısına dayana bilmir. Və bu duyğular onu öz arxasınca çəkib apardı. O, on altı yaşında məktəbi atıb özünü bu yola həsr etmək üçün fəaliyyətə başladı. Bununla da uşaqlıq və yeniyetməlik həyatına əlvida demək məcburiyyətində qaldı.
Yetkinlik yaşlarınadək yaşadığı sıxıntılar onun yaddaşında dərin izlər buraxdı. Valideynləri ayrıldığından o, atası ilə az-az görüşərdü. Robert De Niro həmin dövrləri belə xatırlayırdı. "Atamla çox nadir hallarda görüşərdik və bu heç vaxt qabaqcadan planlaşdırılmazdı. O mənimlə küçədə rastlaşanda biz gəzməyə çıxar, bəzi hallarda isə kinoya, ya da muzeyə gedərdik. Həmin vaxtlar atamın hansısa çardaqda sərsəri həyat yaşamasına, daimi iş yerinin olmamasına görə sıxılardım. Mənim dostlarımın heç birinin atası elə deyildi. Bir də atam heç vaxt mənə incəsənəti öyrətməyə cəhd etməmişdi. O deyərdi, bu elə bir şeydi ki, baxdığın zaman ya xoşuna gələ bilər, ya da gəlməyə bilər. Amma bütün bunlara baxmayaraq mənə elə gəlir ki, atamın bəzi xarakterləri mənə miras qalıb. Məsələn, tez özümdən çıxmağımda yəqin ki, ona oxşamışam".

 

Sənətə gedən yol

Robert 16 yaşında incəsənət məktəbinə daxil oldu. Və bununla da onun aktyorluq dünyasına cığırı başladı. O, iki ildən sonra aktyorluq studiyasına gəldi və burada yorulmaq bilmədən, usanmadan çalışmağa başladı. O inanırdı ki, bütün bu əziyyətlərinin nəticəsi olacaq. Oldu da. Nəhayət düz dörd ildən sonra o, rejissor Brayn de Palmanın filmində özünün ilk rolunu oynadı. "Manhettendə üç otaq"da onu epizodik rola çəkdilər. De Niro yolunu düz seçmişdi, tale onu bu yolda aparacaqmış. Belə ki, üç ildən sonra De Niro yenidən ekranda göründü. Bu dəfə "Salamlaşma"da Con Rubin obrazında. İlk rolları ilə sənətdə partlayış etməsə də artıq belə demək olar ki, onun önü açılmışdı, yalnız yorulmadan çalışmaq lazım idi. O belə də etdi. Və növbəti il yeni bir filmə - "Semin nəğməsi" lentində Sem Nikoletti rolunda çəkildi.

İlk rollarından sonra gənc aktyorun oyun maneraları, istedadı, fərdi aktyorluq keyfiyyətləri yavaş-yavaş rejissorların diqqətini cəlb etməyə başlamışdı. Onun çıxışlarına diqqət edənlər bu gəncin daxilində gizlənən, parlamaq üçün fürsət gözləyən aktyorluq istedadını görməyə bilməzdilər. Bundan başqa, De Niro özü də üzərində işləyir, hətta bədən quruluşunu daha yaxşı formalaşdırmaq üçün idmanla da məşğul olurdu. Məhz elə bu səbəblərdən idi ki, qısa müddətdən sonra rejissorlar demək olar ki, ona yeni rol gözlətməyə macal vermədilər və De Niro 1970-ci ildə biri-birinin ardınca filmlərə çəkilməyə başladı. "Qanlı ana"da Lloyd Barker, "Hi Mom"da Con Rubin, 1971-ci ildə "Cenefer haqda düşünmək"də Mardician, "Qələbə üçün doğulan"da Denni, "Güllələməyi bacarmayan banda"da Mario Trantino obrazlarını yaratdı. Və bununla da hər kəsin diqqətini özünə cəlb edə bildi. Sonrakı iki ildə o cəmi iki filmdə çəkildi. Sonra isə...

Vəzifə Aktyor