Məryəm Üzərli

Doğum günü:

12 avqust, 1983

Yaş:

33

Kinotap-da filmlər:

2

Məryəm Sahra Üzərli (türk. Meryem Sahra Uzerli), eləcə də Məryəm Sara Üzərli (alm. Meryem Sarah Uzerli kimi tanınır) (12 avqust 1983) — Möhtəşəm yüz il serialındakı Hürrəm Sultan rolu ilə məşhurluq qazanmış türk əsilli Almaniya aktrisası.

Ailənin üçüncü uşağı olan Məryəm Üzərlinin atası türk, anası almandır. Hamburqun Schauspielstudio Frese'də aktyorluq təhsili alıb.İki böyük qardaşı və bir bacısı vardır. Almaniyada bir çox filmdə rol almışdır. 173 sm boyunda olan gənc aktrisa 8 ay davam edən seçmələr sonrasında Meral Okay'ın yazdığı Teymur Savcı'nın prodüserliyini etdiyi 2011-ci ilin iddialı seriallarından olan "Möhtəşəm Yüz il" serialında Qanuni Sultan Süleymanı Halit Ergenç oynayarkən, Xürrem rolunu canlandırmışdır.
Aktrisanın ana dili Alman dilidir bununla yanaşı əla səviyyədə ingilis dili bilir. Türk dilini isə Möhtəşəm Yüz il serialında olarkən Xürrəm Sultan kimi danışacaq qədər inkişaf etdirmişdir. Atcılıq, üzmə və basketbol idmanları ilə məşqul olub.
2011-ci ildə Xürrəm Sultan rolu üçün iki dəfə Ən yaxşı qadın aktrisa və bir dəfə də Televiziya Ulduzları xüsusi mükafatına layiq görülmüşdür. 2012-ci ldə isə Dram sahəsində Ən yaxşı qadın aktrisa mükafatına layiq görülmüşdür.
Gənc aktrisa 2012-2013-cü illərdə Elidor Türkiyə reklamının siması olmuş və bir çox neçə Elidor reklamına çəkilmişdir.
2013-cü ildə Möhtəşəm Yüz il serialında Xürrəm sultan rolunun ifaçısı-Məryəm Üzərli Tükənmişlik sindromuna yaxalanaraq,serialdan ayrılmışdır.

Vəzifə Aktyor