Rihanna Fenti

Doğum günü:

20 fevral, 1988

Yaş:

28

Kinotap-da filmlər:

3

Rihanna (əsl adı Robin Rihanna Fenti; d. 20 fevral 1988) — pop və ritm-ənd-blüz janrlarında oxuyan mənşəcə barbadoslu müğənni, Qremmi mükafatı laureatı.
Rihannanın dünyada 9 milyondan çox albomu satılmışdır. "Pon de Replay" (2005), "SOS" (2006), ""Unfaithful" (2006), "Umbrella" (2007) və "Don't Stop the Music" (2007) sinqlları çartlarda birinciliyə yüksəlmişdir. Müğənni hazırda Kaliforniyada, San-Diyeqo şəhərində yaşayır. 2008-ci il fevralın 21-də Barbadosda həmin gündə keçirilən milli bayram ləğv olunmuş, Rianna günü təsis edilmişdir.
Öz füsünkar səsi və gözəlliyi ilə musiqisevərlərin, xüsusi ilə də kişilərin sevimlisinə çevrilən Riannanın əsl adı Robin Rianna Fentidir. 1988-ci il fevralın 20-də Barbadosda dünyaya göz açan Riannanın uşaqlığı burada keçib. Atası Roan Fenti və anası Monika Fenti də Barbadosda yaşayır. Riannanın 2 özündən balaca Rori və Rakar adlı qardaşları var. Məktəbi bitirdikdən sonra o, Barbadosun "Romantic" Ali Məktəbinə daxil olaraq orada iki həmyaşıdı ilə birgə Musiqili Trio yaradır. 2004-cü ildə təhsil aldığı ali məktəbin təşkil etdiyi Gözəllik Karnavalının qalibi olur. Bununla da Rianna insanların yaddaşında qalır. Bu uğurdan sonra Rihanna Mariah Carey'in "Hero" mahnısını məharətlə ifa etdi. 15 yaşında olarkən dostu onu Even Rogen adlı bir musiqi prodüsseri ilə tanış edir. Prodüsser böyük partnyoru ilə Riannaya ilk studiya yazımlarını həyata keçirməkdə kömək edir. ABŞ-da yazılan mahnı bir neçə kompaniyaya göndərildi. Bu nüsxələrdən biri Jay-Z'yə də gəlib çıxdı və o, Riannanı "Dev Jame" leyblına qəbul etdi. Lazımı sınaqlardan uğurla çıxan Rianna şirkətlə müqavilə imzalayır. Beləliklə, müğənninin həyatında sözün əsl mənasında dönüş baş verir. Bundan ruhlanan Rianna çalışmalarını sürətləndirir və 2005-ci ilin 30 avqust tarixində "Music of The Sun" adlı ilk Debut albomunu pərəstikşarlarına təqdim edir. Sözügedən albom nəinki ABŞ-da, eyni zamanda Avropada da böyük rəğbətlə qarşılandı.
İlk sinqlı "Pon de Replay" oldu. Həmin mahnı bir sinql kimi 2005-ci ilin 11 oktyabrında "Billoard" musiqi reytinq cədvəlində ikinci pilləyə yüksəldi. Bundan başqa çartlara başçılıq etməyə başlayan albom "USA" və "Canale" çartlarının Top-10-luğuna da düşdü. Rianna albom satışına görə rekord qıraraq "GWEN Stepani"ni də qabaqladı. İlk 2 həftəyə 500 min nüsxə albom satan müğənninin ikinci sinqlı "Let Me" oldu. Lakin adıçəkilən sinq bir o qədər də səs-küyə səbəb olmadı.

Vəzifə Aktyor