Fariz Əhmədov

Doğum günü:

15 dekabr, 1983

Yaş:

33

Kinotap-da filmlər:

1

Fariz Asif oğlu Əhmədov (d. 15 dekabr, 1983, Bakı) — Azərbaycan rejissoru, "Azanfilm"in direktoru (2012-ci ildən).

Fariz Əhmədov 15 dekabr 1983-cü ildə Bakıda anadan olub. ADMİU-da ssenarist ixtisasında (2001-2005) və Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil alıb (2007-dən).
Professional Kinorejissorlar Gildiyasında koordinator (2003-2005), Beynəlxalq Audiovizual Festivalda koordinator (2003-2005), ANS TV-də rejissor (2005-2006) kimi çalışıb.
Hazırda AzTV-də rejissordur. Fariz Əhmədov "Kiçik Əmanət" (2005, 5 dəq, film haqqında film), UNICEF üçün "Gənclik və Sülh" mövzusunda 1 dəqiqəlik sənədli filmin (2003) müəllifidir. 2012-ci ildə "Azanfilm" animasiya filmləri studiyasının direktoru təyin edilmişdir.

Vəzifə Producer