Elçin Musaoğlu

Doğum günü:

11 iyul, 1966

Yaş:

50

Kinotap-da filmlər:

2

Elçin Musaoğlu 11 iyul 1966-cı ildə Bakıda anadan olub. M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb (1989-1990). "Azərbaycanfilm" kinostudiyasında (1990), Akademstudioda(1992), "Azərbaycantelefilm" YB-də (1994-2004) çalışıb. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. Gənclər Nazirliyinin "İlin ən yaxşı kinorejissoru" (1999), Əl-Cəzirə Film Festivalı "Qızıl Mükafat"ının sahibidir (2006). "40-cı qapı" film layihəsi Focal cəmiyyətinin (İsveçrə) təyin etdiyi qrantın qalibi olub (2005). 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur.
42-ci Beynəlxalq Hyuston Film festivalında "Gold Remi Award.Foreign"(Ən yaxşı xarici film) mükafatına layiq görülmüşdür(2009).

Vəzifə Producer