Vasif Məmmədzadə

Doğum günü:

15 avqust, 1977

Yaş:

39

Kinotap-da filmlər:

1

Vasif Məmmədzadə — kinorejissor, ssenari müəllifi.

1977-ci il avqust ayının 15-də Şəmkir şəhərində, ziyalı ailəsində anadan olub.
1993-cü ildə Bakı şəhər 112 saylı orta məktəbi bitirib. Həmin il "Azərbaycanfilm" kinostudiyasında assistent kimi əmək fəaliyyətinə başlayıb. 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə qəbul olunub və 1999-cu ildə oranı bitirib. Həmin ildən Azərbaycan Milli Ordusunda həqiqi hərbi xidmət keçib. 2003-cü ildə ADMİU-nun Rejissorluq fakültəsinin magistraturasına daxil olub və 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Tələbə ikən Dövlət Yuğ Teatrında çalışıb. 2000-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinində əvvəlcə rejissor assistenti, sonra isə kinorejissor vəzifələrində çalışıb. Hal-hazırda həmin birlikdə fəaliyyətini davam etdirir. Bir neçə daxili və beynəlxalq kinofestifalların iştirakçısı və qalibidir. Gürcüstanda və İranda keçirilən Azərbaycan Mədəniyyəti və İncəsənəti günlərində "Duz gölü" və "Kömür" filmləri ilə ölkəmizi təmsil edib. 2001-ci ildə "Ümidli gənclər" adlı festifalda "Olqa" filminə görə "Çarli Çapli" mükafatına, 2002-ci ildə Beynəlxalq Audiovizual festifalda "Duz gölü" filminə görə AYB-nin təsis etdiyi "Ən orjinal ideya tapıntısı" nominasiyasında "Qızıl qartal" mükafatına və diploma, 2003-cü ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi III "Naməlum" kinofestifalında "Lal" bədii filminə görə Qran-Pri və "Ən yaxşı rejissor" mükafatına layiq görülüb. Bu qalibiyyətinə görə "Azərbaycanfilm" kinostudiyasında Qarabağ mövzusunda "Lal çinar" adlı bədii filmini çəkib.2013-cü ildə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsinin keçirdiyi ənənəvi Beynəlxalq kino festivalında CİBC Telekanalının "Televiziya Filmləri Studiyası"nın "Qaranlıq dünyanın nuru" adlı sənədli televiziya filmi xüsusi mükafata layiq görülüb. H.b. Zərdabi mükafatının laureatıdır. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Evlidir, iki övladı var.

Vəzifə Producer