Tariyel Qasımov

Doğum günü:

4 fevral, 1939

Yaş:

77

Kinotap-da filmlər:

3

Tariyel İsgəndər oğlu Qasımov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar (1979) və xalq artisti.

Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə - Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. Məzun olduqdan sonra (1964) Gənc Tamaşaçılar Teatrını seçib. 2 il burada işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Azərbaycanfilmdən başqa Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında filmlərə çəkilib: “Rüstəm və Söhrab” (1969-1971, Tacikfilm, 3 seriyalı, rej: Boris Kimyagərov), “Qızıl rəngi” (1975, Türkmənfilm), “Çilidə gecə” (1982, Mosfilm), “Əlvida, yaşıl yay” (1983, Özbəkfilm), “Həyatın mənası” (1983, Özbəkfilm, 2 seriyalı), “Odlu yollarla” (1981-1983, Özbəkfilm, 17 seriyalı), “Sahib” (1983, Özbəkfilm), “Sonya raport verir” (1983, 2 seriyalı, DEFA (Almaniya), rej: Ştefan Bernxard). Əməkdar artist (1979), xalq artistidir (1991).

Vəzifə Aktyor