Yasin Qarayev

Doğum günü:

22 may, 1946

Yaş:

70

Kinotap-da filmlər:

2

Yasin Qarayev 22 may 1946-cı ildə anadan olub.
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirmiş, həmin ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Doğma teatrın səhnəsində Cəlal (S.Vurğun "Komsomol poeması"), Qulu (S.S.Axundov "Tamahkar"), Əsəd (C.Məmmədquluzadə "Danabaş kəndinin məktəbi"), Qarakişi, Əziz (İ.Məlikzadə "Gəl qohum olaq", "Sağlıq olsun"), Şah (F.Məmmədov "Sirli dəyirman"), Aşıq, Mahmud (N.B.Vəzirov "Hacı Qəmbər"), Azər, Əflatun (Elçin "Mahmud və Məryəm", "Ölüm hökmü"), Mir Cəfər Bağırov (Ə.Əmirli "Cəza"), Qafar (S.Rüstəm "Çimnaz xanım yuxudadır") və bir çox başqa yaddaqalan obrazları məharətlə yaratmışdır. Y.Qarayev Milli televiziyada hazırlanan "Ağ atların valsı" (Ş.Başbayev), "Bağdada putyovka var" (Ə.Əylisli), "Gəl qohum olaq" (İ.Məlikzadə) və başqa tamaşalarda özünəməxsus obrazlar ifa etmişdir.
Y.Qarayev Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Vəzifə Aktyor