Cəfər Namiq Kamal

Doğum günü:

16 avqust, 1950

Yaş:

66

Kinotap-da filmlər:

2

Cəfər Namiq Kamal — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti (2013).

Əhmədov Cəfər Namiq Kamal oğlu (16.08.1950) 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar teatrında aktyor işləyən Cəfər Əhmədov aşağıdakı rolları oynayıb.
Rəcəb ("Şirinbala bal yığır" S.Qədirzadə), Elçi ("Bir parça Vətən" F.Sadıq), Qasid ("Rüstəm və Zöhrab" İ.Coşqun), Aparıcı ("Şəhidlər" B.Vahabzadə), Uçitel Həsənov ("Danabaş kəndinin məktəbi" C.Məmmədquluzadə), Qaçay bəy ("Qonşu qonşu olsa, kor qız ərə gedər" R.Əfəndiyev) və s. C.Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunub və teatrın səhnəsində bu rolları oynayıb: Eynşteyn ("Ah,Paris…Paris!.." Elçin), 2-ci Tiqran ("Pompeyin Qafqaza yürüşü" N.Həsənzadə), Ədhəm Tağıyev ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Ədəbi işçi ("Mənim sevimli dəlim" Elçin), Dost ("Mənim ərim dəlidir" Elçin), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəziri" M.F.Axundov), Xəlil ("Poçt şöbəsində xəyal" Elçin), Kamran Qızılsəs ("Köhnə ev" Ə.Əmirli), Qulaməli ("Bu dünyanın adamları" Hidayət), Gülməyən Adam ("Hərənin öz payı" X.Qoco), Şeyx Əhməd ("Ölülər" C.Məmmədquluzadə), Şahzadə ("Xurşidbanu Nətavan" İ.Əfəndiyev).
Aktyor eləcə də "Qız atası" (Yarik), "Anamın kitabı" (Rüstəm), "Duel" (Əziz), "Yurd yeri" (Sədrəddin) teletamaşalarında oynayıb.
Cəfər Əhmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır. 2013-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Aktyor İlham Namiq Kamalın qardaşıdır.

Vəzifə Aktyor