İlqar Nəcəf

Doğum günü:

3 mart, 1975

Yaş:

41

Kinotap-da filmlər:

1

Rejissor. Ssenari müəllifi. Film çəkilməsinə kömək edən.

İlqar Nəcəf 3 mart 1975-ci ildə Bakıda anadan olub. Orta məktəbə Ermənistanın Ararat rayonunda gedib. 1988-ci ildə ailəsi ilə birlikdə məcburən evini tərk edərək Azərbaycana köçüb. Təhsilini Sumqayıtdakı 12 saylı məktəbdə davam etdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya rejissoru ixtisasında təhsil alıb (1993-1997). 2003-cü ildə İsveçrənin FOCAL təşkilatı tərəfindən keçirilən Beynəlxalq “Avanti” layihəsi çərçivəsində rejissor Kşiştof Zanussinin kinorejissor kurslarını bitirib. 2005-ci ildə “Butafilm” kinoşirkətini təsis edib. 2012-ci il aprelin 26-da "Buta" filminə görə "Humay" milli mükafatına layiq görülmüşdür. Ailəlidir. 3 övladı var.

Vəzifə Producer