Vera Brejneva

Doğum günü:

3 fevral, 1982

Yaş:

34

Kinotap-da filmlər:

3

Vera Brejneva, əsl adı Vera Viktorovna Kiperman — (ukr. Віра Вікторівна Кіперман) - ukrayna-rus müğənnisi, aktrisa, VIA Gra pop qruppanın eks solisti (2003-2007-ci illər).

 

Atası - Viktor Mixayloviç Qaluşka, Pridneprovsk kimya zavodunda işləmiş, anası Tamara Vasilyevna Qaluşka, tibb universitetini bitirmiş və həmin zavodda fəaliyyətini davam eləmişdir. Veranın ixtisası iqtisadiyyatdır, o Dəmir Mühəndisləri Dnepropetrovsk İnstitutunun qiyabi şöbəsini bitirib.

 

Veranın Sonya adlı bir qızı var (30 mart 2001-ci il təvəllüdlü). Uşağın atası isə Vitaliy Voyçenko-dur. Onunla Vera bir neçə il müddətində faktiki nikahda olub. 2012-ci ilin oktyabr ayında, Vera Ukrayna biznesmeni - Mixail Kipermanla ailə qurdu və öz soyadını Kipermanla əvəzlədi. 17 dekabr 2007-ci ildə isə onların Sara adlı qızı dünyaya gəldi.

Vəzifə Aktyor