Arda Turan

Doğum günü:

30 yanvar, 1987

Yaş:

29

Kinotap-da filmlər:

1

Arda Turan (d. 30 yanvar 1987, Bayrampaşa, İstanbul) — yarım müdafiə mövqeyində oynayan türk futbolçusu.
2006-2007 mövsümündə Erik Geretsin heyətində özünə yer tapan Arda, hücuma meylli yarımmüdafiəçi xüsusiyyətinin yanında, müdafiədə də komandaya dəstək olmaqda, hər iki cinahda, forvet arxası və oyun qurucu mövqelərində iştirak edə bilməkdədir.

Qalatasaray
Arda 12 yaşında Qalatasaray infrastrukturuna transfer edilmişdir. Qalatasaray PAF komandandasında aralıqsız olaraq 4 il forma geymiş, 56 matçda 11 qol vurmuşdur. George Hacinin məşqçiliyi dövründə 2004-2005 mövsümündə Türkiyə Milli Komandasına alındı. Çox şans tapa bilmədiyi bu dövrün ardından təcrübə qazanması üçün Manisaspora kirayə verildi. Manisasporda keçirdiyi yarım mövsümdə əla oyun mümayiş etdirən Arda, 2006-2007-ci ildə Qalatasaraya döndü. Erik Qeretsin ilk 11-inə girməyi bacardı və Çempionlar liqası 3-cü ön seçmə dövründə FK Mlada Boleslav qarşısında ilk matçda iki qol, bir asist qeyd etmiş və o gündən sonra Qalatasarayın formasını buraxmamışdır.
2007-2008 mövsümündə Karl-Heinz Feldkampın heyətində özünə yer tapan Arda, ilk onbirliyin dəyişməz adlarından oldu. Arda Turan, UEFA Çempionlar Liqasında Bordeaux və Liverpul qarşısında çıxdığı qrup matçlarında UEFA tərəfindən matçın oyunçusu seçildi.
Arda Turan, 4 may 2008-ci ildə Sivas 4 Sentyabr Stadionunda oynanan Sivasspor matçında isə karyerasının ilk xett-trik müvəffəqiyyətini qazanaraq komandasının 5-3 qalib gəlməsində böyük pay sahibi olmuş və o matçda atdığı qollarla bir həftə sonra elan etdikləri çempionluğun sanki xəbərçiliyini boynuna götürmüşdü.
2008-2009 mövsümü UEFA Kuboku 3-cü dövr 2-ci matçında Bordonun qapısına göndərdiyi 2 qolla komandasının 4-cü dövrəyə adını yazdırmasında böyük pay sahibi olmuşdur. 10 İyul 2009 tarixində rəsmi olaraq Qalatasaray Professional Futbol Komandasının kapitanlığına gətirilmiş və Turgay Şeren, Bülənt Korkmaz və Tuqay Kərimoğludan sonra Qalatasaray tarixinin ən gənc kapitanlarından biri olmuştur.

Beynəlxalq karyerası
İlk dəfə Milli komandada dostluq matçında Lüksemburq qarşısında forma geydi. Türkiyə Milli Komanda forması altında ilk qolunu isə 25 May 2008-ci ildə Avropa Çempionatına hazırlıq məqsədi ilə keçirilən matçda Uruqvay Milli Komandasına atmış və Türkiyənin 1-0 önə keçməsini təmin etmişdir. 11 İyun 2008 tarixində oynanan İsveçrə – Türkiyə matçında son dəqiqədə qalibiyyət qolunu ataraq, UEFA tərəfindən matçın adamı seçilmişdir. Arda Turan, 15 İyun 2008 tarixində Türkiyə – Çex Respublikası matçında komandasının ilk qolunu ataraq qalibiyyətdə böyük pay sahibi olmuş və Türkiyə, Avropa Çempionatı 2008-də yarım finala yüksəlmişdir.
Türk Milli Komandasının ABŞ hazırlıq düşərgəsində təkrar ulduzlaşan oyunçu, Çex Respublikası və ABŞ matçlarında 2 qol qeyd etdi. Eyni zamanda Çex Respublikasını matçında 1 də asist etdi.

Uğurları
Atletico Madrid: 2011-12 UEFA Avropa liqası çempionluğu

Vəzifə Aktyor