Kamal Sunal

Doğum günü:

11 noyabr, 1944

Yaş:

72

Kinotap-da filmlər:

0

Kamal Sunal (d. 11 noyabr 1944, İstanbul - ö. 3 iyul 2000, İstanbul). Türk kino aktyoru.

Həyatı
Kamal Sunal 1944-cü ildə İstanbulda anadan olmuşdur. 1974-cü ildə ailə qurmuşdur. Aktyor Ali Sunal və aktrisa Ezo Sunalın atasıdır. 2000-ci ildə Balalayka adlı filmin çəkilişinə gedərkən hələ təyyarə qalxmamışdan ürəktutmasından vəfat etmişdir.

“Gülən Adam” kimi tanınan Kamal Sunal ümumilikdə 82 filmdə rol alıb.

Kamal Sunalın həyatında maraqlı anlardan biri də onun evliliyi ilə bağlıdır. Belə ki, Kamal Sunal ilk filmindən sonra Ankarada səhnədə olarkən ön sıralardan birində əyləşən qadınla tanış olur. Səhnədə qadınla nəzərləri çarpışan Kamal Sunal sonradan yığıncaqların birində həmin qadınla rastlaşır. Qadına yaxınlaşıb, onunla tanış olar və görüş təyin edir. Lakin Kamal Sunal həmin qadınla görüşə getmək istəməsə də, sənət dostları Münir Özkül ve Zeki Alasyanın təkidilə görüşə gedir. İlk öncə qadını bəyənməsə də, Kamal Sunal sonradan həmin qadınla münasibətlərini daha da sıxlaşdırır. Məhz o qadın Kamal sunalın sonralar ailə quracaqı həyat yoldaşı Gül Sunal idi. Onların Əli Sunal və Ezo Sunal adlı övladları olur ki, sonradan onlar da ataları kimi aktyor olurlar.

Kamal Sunal spirtli içki aludəçisi olsa da, sonralar həkimin təkidi ilə bunu tərgidib. Lakin dostlarını daim aldadaraq, badədə araq adına adi su içirmiş. Həyat yoldaşı Gül Sunalın sözlərinə görə, “Şaban” çox vaxt evdə roldakı geyimlərdə gəzməyi xoşlayıb.

Kamal Sunal 51 yaşında oalrkən Marmara Universitetinin “Beynəlxalq əlaqələr” fakultəsini bitirib. Onun müəllimi Şükran Əsən sənətkarın ən böyük arzusunun institutda qalıb müəllim işləmək olduğunu bildirib.

“Hababam sınıfı” adlı məşhur filmdə əsas rol ifaçılarından olan Kamal Sunalın həyatının “Şaban” rolu ilə müəyyən qədər oxşarlığı olub. Belə ki, Kamal Sunal 9 illik sinifi 11 il müddətinə bitirib.

 

Həmkarları kimi Kamal Sunal haqqında qalmaqallar da səngiməyib. Hətta 1992-cı ildə “Şaban”ın vəfat etdiyi barədə şaiyələr yayılmışdı. Bundan başqa, tanınmış komik aktyorun Türkiyənin tanınmış sənətkarı İbrahim Tatlısəs ilə də aralarında mübahisə yarandığı barədə məlumatlar yayılmışdı. Lakin İbrahim Tatlısəsin konsertlərinin birində məşhurlar bunun yalan olduğunu bildirmişdilər.

 

Daim təyyarəyə minməkdən qorxan Kemal Sunal 2000-ildə “Balalayka” filminin çəklişi üçün Trabzona gedərkən öz qorxusuna qalib gəlməyə çalışır. Çox təəssüf ki, təyyarəyə minən Kemal Sunalın ürəyi dayanır. Həkimlərin səyinə baxmayaraq, tanınmış aktyor dünyasını dəyişir. Deyilənlərə görə, Kemal Sunalın ürəyi dayanan zaman, onun üçün çağrılan təcili yardım deyilən ünvana gec gəlib.

Qeyd edək ki, Türk xalqının sevimlisi “Şaban”ın dəfn mərasimi böyük izdihamla keçib.

Mənbə: anspress

Vəzifə