Həsən Məmmədov

Doğum günü:

22 noyabr, 1938

Yaş:

78

Kinotap-da filmlər:

3

Məmmədov Həsən Ağaməmməd oğlu — Azərbaycan kino aktyoru, Azərbaycanın xalq artisti.

Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulub. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.
1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib (1960-1961), Məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib.
Sentyabr ayının 10-da bu qədim sənət ocağının aktyor truppasına üzv olub. Bu ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxıb və yenə kollektivə qayıdıb.
İldən ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevral ayının 2-də köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. O, 1989-cu il may ayının 27-də dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il noyabr ayının 21-dən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.
Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.
Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində aparıcı rollar oynayıb.
Həsən (Əbdülhəsən) Ağaməmməd oğlu Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci il noyabr ayının 18-də Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq" bədii filmindəki Murad roluna görə 5 noyabr 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
2003-cü ilin 26 avqustunda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.
Lətifə Məmədovanın həyat yoldaşı olmuşdur.

Filmoqrafiya

Böyük dayaq (film, 1962)-aktyor: Qaraş (tammetrajlı bədii film)
Möcüzələr adası (film, 1963)-Aktyor: Nazim (Tammetrajlı Bədii Film)
Zirvə (1964)-Aktyor: Kamil (Qısametrajlı Bədii Film)
Arşın mal alan (film, 1965)-aktyor: Əsgər (Tammetrajlı Bədii Film)
Yenilməz batalyon (film, 1965)-Aktyor: Xavərin əri (şəkil) (Tammetrajlı Bədii Film)
İstintaq davam edir (film, 1966)-Aktyor: Əzimov, Səs: Rus (Tammetrajlı Bədii Film)
İnsan məskən salır (film, 1967)-Səs: Rus neftçi (Tammetrajlı Bədii Film)
Bir cənub şəhərində (film, 1969)-Aktyor: Murad (Tammetrajlı Bədii Film)
Dəli Kür (film, 1969)-Səs: Rus (Tammetrajlı Bədii Film)
Sevil (film, 1970)-Aktyor: Balaş (Tammetrajlı Bədii Film)
Yeddi oğul istərəm... (film, 1970)-Aktyor: Bəxtiyar (Tammetrajlı Bədii Film)
Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-rol: Abbasqulu bəy
Gün keçdi (film, 1971)-aktyor: Oqtay (tammetrajlı bədii film)
Vətəndaş sərnişinlər... (film, 1971)-Mətni oxuyan ("Mozalan" Satirik Kinojurnalı № 2, 2-ci süjet)
Qızıl qaz (film, 1972)-Aktyor: Fərman (Tammetrajlı Bədii Film)
Ömrün İlk Saatı (1973)-Səs: Milis rəisi (Sadıq Hüseynov) (Tammetrajlı Bədii Film)
Səmt küləyi (film, 1973)-Aktyor: Əlibala (Tammetrajlı Bədii Film)
Bakıda küləklər əsir (film, 1974)-Aktyor: Tahir Cəliloviç (Tammetrajlı Bədii Film)
Qatır Məmməd (film, 1974)-Aktyor: Səməd (Tammetrajlı Bədii Film)
Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: Qurban
Dədə Qorqud (film, 1975)-Aktyor: Dədə Qorqud (Tammetrajlı Bədii Film)
Arxadan vurulan zərbə (film, 1977)-aktyor: Qəmərli (Tammetrajlı Bədii Film)
Sevinc buxtası (film, 1977)-Aktyor: Rüstəmov (Tammetrajlı Bədii Film)
Üzü küləyə (film, 1977)-Aktyor: Əlibala (Tammetrajlı Bədii Film)
Vulkana doğru (film, 1977)-Aktyor: Səməndər (Tammetrajlı Bədii Film)
Bağçada Rahat Yer (1978)-Aktyor: Məmmədəli (Qısametrajlı Bədii Film)
Od içində (film, 1978)-Səs: Suxorukov (Y. Sorokin) (Tammetrajlı Bədii Film)
Babək (film, 1979)-Səs: Xəlifə Məmun (Hacımurad Yegizarov) (Tammetrajlı Bədii Film)
Bizi bağışlayın (film, 1979)-Aktyor: Nəriman (Tammetrajlı Bədii Film)
İstintaq (film, 1979)-Aktyor: Murad (Tammetrajlı Bədii Film)
Qızıl uçurum (film, 1980)-Səs: Hakim (Tammetrajlı Bədii Film)
Anlamaq istəyirəm (film, 1980)-Aktyor: Çingiz (Tammetrajlı Bədii Film)
Gözlə məni (film, 1980)-Aktyor: Bahadur (Tammetrajlı Bədii Film)
Birisigün, gecəyarısı... (film, 1981)-Aktyor: Əliyev (Tammetrajlı Bədii Film)
Əzablı yollar (film, 1982)-Aktyor: Padşah (Tammetrajlı Bədii Film)
Evlənmək istəyirəm (film, 1983)-aktyor: Mirzə Səfər (Tammetrajlı Bədii Film)
İşgüzar səfər (film, 1982)-Səs: Bayramov (Rəsmi Cəbrayılov) (Tammetrajlı Bədii Film)
Gəmi saatının sirri (film, 1983)-Səs: Mühəndis (Nikolay Volkov) (Tammetrajlı Bədii Film)
İlıq dənizdə buz parçası (film, 1983)-Aktyor: Direktor (Tammetrajlı Bədii Film)
Musiqi müəllimi (film, 1983)-Aktyor: Raykom partiyasının katibi (Tammetrajlı Bədii Film)
Orijinal üsul (film, 1983)-Səs: Elmi işçi (Cahangir Aslanoğlu) ("Mozalan" Satirik Kinojurnalı № 83, 4-cü süjet)
Qoca palıdın nağılı (film, 1984)-Aktyor: Bağır (Tammetrajlı Bədii Film)
Bağ mövsümü (film, 1985)-Aktyor: Ağabala (Tammetrajlı Bədii Film)
Qanlı zəmi (film, 1985)-Səs: Qubernator (Muxtar Maniyev) (Tammetrajlı Bədii Film)
Yaxşı qurtardıq (film, 1985)-Aktyor: Ata (Qısametrajlı Bədii Süjet-Mozalan № 92, 2-ci süjet)
Bircəciyim (film, 1986)-aktyor: Muradzadə (tammetrajlı bədii film)
İşarəni dənizdən gözləyin (film, 1986)-Aktyor: Qoca general (Tammetrajlı Bədii Film)
Qəm pəncərəsi (film, 1986)-Aktyor: Məmmədhəsən (Tammetrajlı Bədii Film)
Özgə ömür (film, 1987)-Səs: Ağalarov (Arif Nərimanbəyov) (Tammetrajlı Bədii Film)
Şeytan göz qabağında (film, 1987)-Aktyor: Sabir (Tammetrajlı Bədii Film)
Doğma sahillər (film, 1989)-Aktyor: Nuru (Tammetrajlı Bədii Film)
Ölsəm... bağışla (film, 1989)-Aktyor: Firuz (Tammetrajlı Bədii Film)
Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)-Səs: Dədə Qorqud, Uşun qoca (Qısametrajlı Cizgi Film)
Şahid qız (film, 1990)-Aktyor: Tofiq (Tammetrajlı Bədii Film)
Təxribat (film, 1990)-Aktyor: Məmmədov (Tammetrajlı Bədii Film)
Tələ (film, 1990)-Aktyor: Səfərov (Tammetrajlı Bədii Film)
Nakəs (film, 1991)-Aktyor (Tammetrajlı Bədii Film)
Qırmızı qatar (film, 1993)-Aktyor: Həkim (Tammetrajlı Bədii Film)
Təhminə (film, 1993)-Aktyor: Professor Zeynallı (Tammetrajlı Bədii Film)
Hökm (film, 1994)-Aktyor: "Tuz" Nəsrəddin (Tammetrajlı Bədii Film)
Qara Volqa (1994)-Səs: "Paxan" (Nəsir Sadıqzadə) (Tammetrajlı Bədii Film)
Mənim ağ şəhərim (film, 1994)-Aktyor: Mahmud dayı (Tammetrajlı Bədii Film)
Həm ziyarət, həm ticarət... (film, 1995)-Aktyor: Əlimurad (Tammetrajlı Bədii Film)
Səhər (veriliş, 1995)-Arxiv kadrlar (Silsilə Televiziya Verilişi)
Özgə vaxt (film, 1996)-Aktyor: Həkim (Tammetrajlı Bədii Film)
Son döyüş (film, 1996) (Tammetrajlı Bədii Film)
Canavar balası (film, 1997)-Aktyor: Yusif kişi (Tammetrajlı Bədii Televziya Filmi)
Kinorejissor Arif Babayev (film, 2000)-Filmdə iştirak (Qısametrajlı Sənədli Film)
Yuxu (film, 2001)-Səs: Hidayət (Gündüz Abbasov) (Tammetrajlı Bədii Film)
Bir anın həqiqəti (film, 2003)-Aktyor: Bəxtiyar Cavadov (Çoxseriyalı Bədii Film)
Müstəqillik yollarında. Dördüncü film (film, 2004)-Arxiv kadrlar (Qısametrajlı Sənədli Film)
Azərbaycan naminə (film, 2005)-Arxiv kadrlar (Qısametrajlı Sənədli Televiziya Filmi)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)-Arxiv kadrlar: ("Yeddi Oğul İstərəm" filmindən) (Televiziya Verilişi)
Papaq (film, 2007)-Arxiv kadrlar: ("Axırıncı Aşırım", "Evlənmək İstəyirəm" filmlərindən) (Qısametrajlı Sənədli Televiziya Filmi)
Rənglərdə yaşayan kino (veriliş, 2009)-Arxiv kadrlar

Vəzifə Aktyor