Cabir İnamov

Doğum günü:

22 iyun, 1976

Yaş:

40

Kinotap-da filmlər:

4

22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub.
1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas.
1992-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur.
2001-ci ildə “Planet Parni iz Baku” KVN Teatrını yaradıb. 2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur.

Vəzifə Aktyor