Kellan Lats

Doğum günü:

15 mart, 1985

Yaş:

31

Kinotap-da filmlər:

9

Kellan Kristofer Lats (ing. Kellan Christopher Lutz) — ABŞ kino aktyoru. 2008-ci ildə Alatoran filmində canlandırdığı Emmet Kallen rolu ilə məşhurlaşmışdı.
Hələ təhsil alarkən, Kellan, əlavə pul qazanmaq məqsədilə model olaraq çalışırdı. Onun şəkilləri müxtəlif jurnalların üz qabağını bəzəməyə başlayır və hündür boyu, atletik bədəni və çox maraqlı xarici görünüşü tədricən onu dünya model biznesinin ulduzlarından birinə çevirir. Kellan model agentlikləri ilə əməkdaşlıq edir; xüsusən də Calvin Klein geyim brendinin alt paltarı reklamında çəkilməsi onu daha da məşhurlaşdırır.
Karyerasının başlanğıcında Kellan bir sıra televiziya şoularında iştirak etmişdi. O Model Citizens televiziya proqramında və Qayıdış teleserialında təkrarlanan rol almışdı, həmçinin Cəsur və gözəl CSI: NY, Əbədi yay, Müştəri həmişə ölüdür, CSI 2, və Qəhrəmanlar kimi teleseriallarda epizodik rollar canlandırmışdır.
Lats 2008-ci ildə Stefani Meyerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş Alatoran filmində Emmet Kallen rolunu canlandırır və bu rolu ilə bütün dünyada məşhurlaşır.

Kellan Lats 15 mart 1985-ci ildə Dikkinson (Şimali Dakota) şəhərində anadan olmuşdu. O, ailənin dördüncü uşağıdır. Onun altı qardaşı və bir bacısı var. 14 yaşında o, ailəsi ilə birgə Arizonaya köçür və orada aktiv idmanla məşğul olur. Kellan basketbol komandasında iştirak edir, həmçinin bilyard üzrə çempionatda qalib gəlir. Yeniyetməlik yaşında Kellan Dominikan Respublikasına gedərək, bu ölkənin mədəniyyətini və İspan dilini öyrənmək üçün bir semestr dərs almışdı. Məktəbi bitirdikdən sonra, Kellan bir çox aktyorun da qarşılaşdığı dilemma ilə üzləşərək tədris və ya aktyor karyerası seçimi qarşısında qalır. Ailəsi onun aktyor karyerası seçiminə qarşı idi; buna görə də məktəbi bitirdikdən sonra, o Kaliforniyaya köçərək, Orange County`s Chapman Universitetində kimya mühəndisliyi fakültəsinə daxil olur, lakin sonra o universiteti ataraq, öz həyatını aktyor karyerası ilə bağlamaq qərarını alır. 
Hələ təhsil alarkən, Kellan, əlavə pul qazanmaq məqsədilə model olaraq çalışırdı. Onun şəkilləri müxtəlif jurnalların üz qabağını bəzəməyə başlayır və hündür boyu, atletik bədəni və çox maraqlı xarici görünüşü tədricən onu dünya model biznesinin ulduzlarından birinə çevirir. Kellan model agentlikləri ilə əməkdaşlıq edir; xüsusən də Calvin Klein geyim brendinin alt paltarı reklamında çəkilməsi onu daha da məşhurlaşdırır. 
2004-cü ildə o, Amerikanın model agentliyi olan Hollisterin kampaniyası çərçivəsində düzənlənən reklam kataloqlarına daxil edilir.  O həmçinin geyim brendi olan Levi's firmasının reklamlarında da çəkilmişdi.  Kellan fotoqraf Mikael Yanssonun iştirakı ilə 2010-cu ildə Interview magazine üçün xüsusi fotolayihədə iştirak etmişdi. Hal-hazırda Kellan Ford Models şirkəti ilə müqavilə imzalayıb.

 

Vəzifə Aktyor