Rasim Balayev

Doğum günü:

8 avqust, 1948

Yaş:

68

Kinotap-da filmlər:

3

Rasim Balayev — Azərbaycan aktyoru, film səsləndirən, mətn oxuyan, filmlərdə və verilişlərdə iştirak edən, bədii rəhbər, arxiv kadrlarda iştirak edən.

Aktyor, xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm"də, "Mosfilm"də, və başqa studiyalarda filmlərə çəkilmişdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Bir sıra orden və medallarla təltif olunmuşdur.

Vəzifə Aktyor