Günel Məmmədova

Doğum günü:

12 mart, 1986

Yaş:

30

Kinotap-da filmlər:

1

Günel Məmmədova 12 mart 1986-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rus bölməsində alıb. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olub. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsinə daxil olub. Universiteti 2006-cı ildə bitirib. 2006-cı ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 2008-ci ildən "İbrus" teatrında fəaliyyət göstərir.

Uşaqlıq illərindən bəzi kino filmlərə çəkilmişdir.

Vəzifə Aktyor