Sona Mikayılova

Doğum günü:

2 fevral, 1957

Yaş:

59

Kinotap-da filmlər:

4

Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə başlamış istedadlı aktrisa "Onun bəlalı sevgisi" filmi ilə milyonların rəğbətini qazanmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir.
Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır. Aktrisa Türkiyədə, Rusiyada, Tatarıstanda keçirlmiş Beynəlxalq Teatr festivallarının iştirakçısı olmuşdur.
O, bu gün də "Yuğ" Dövlət Teatrında çalışır və istedadlı gənclərin yetişdirilməsində yaxından iştirak edir.
Sona Məmmədağa qızı Mikayılova Azərbaycan Respublikası Prezidentinin 3 may 2011-ci il tarixli sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür.

Vəzifə Aktyor