Münəvvər Kələntərli

Kinotap-da filmlər:

1

Münəvvər Səməd qızı Kələntərli (1912, Lənkəran - 5.2.1963, Bakı) — Aktrisa. Arxiv kadrlar.

Həyatı 

Münəvvər Səməd qızı Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. 17 yaşında ikən Bakıya gəlib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Əvvəllər Opera Teatrında, sonralar isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib. 10-a yaxın film çəkilib. Münəvvər Kələntərli kinostudiyada ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib. Ona görə də Adil İsgəndərov deyərmiş ki, Mina, bu camaat (çəkildiyi filmlərin rejissorlarını, rejissor assistentlərini, operatorları nəzərdə tuturdu) ən çox səninlə istirahət edir. Münəvvər Kələntərli 1953-cü ildə "Vətən" kinoteatrına direktor müavini təyin olunur. Bundan sonra teatrdan çıxır, ancaq filmlərə çəkilir. SSRİ dövlət mükafatı laureatı (1946), əməkdar artist (1959) Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib.

Filmoqrafiya 

Ağasadıq Gəraybəyli (film, 1974)
Arşın mal alan (film, 1945)
Bakının işıqları (film, 1950)
Bəxtiyar (film, 1955)
Əmək və qızılgül (film, 1962)
Görüş (film, 1955)
"Kazbek" qutusu (film, 1958)
Kölgələr sürünür (film, 1958)
Qızmar günəş altında (film, 1957)
O olmasın, bu olsun (film, 1956)
Onun böyük ürəyi (film, 1958)
Yeni il gecəsində (film, 1958)

Vəzifə Aktyor