Tolqa Çevik

Doğum günü:

12 may, 1974

Yaş:

42

Kinotap-da filmlər:

4

Tolga Çevik (Tolqa Çevik) - Türk komediya ustası, teatr, kino və serial aktyoru. "Avrupa Yakası" adlı serialda Sacit Kral xarakterini canlandırmışdır. Serialdan çıxdıqdan sonra "Komedi Dükkanı" adlı komediya proqramında çıxış etməyə başlamışdır. 1996-cı ildə Missuri Ştatı Mərkəzi Universitetinin Teatr sənəti fakültəsinin aktyorluq bölməsini bitirmişdir. Məşhur amerikalı aktyor Robin Uilyamsdan dərs almışdır. ABŞ-dakı təhsilini tamamladıqdan sonra Hadi Çaman Teatrında profesional səhnə həyatına başlamışdır. BKM-nin aktyoru olan Tolga Çevik, əsasən BKM istehsalı olan film, serial və tamaşalarda rol alır.
Cem Yılmazın bacısı Özge Yılmaz ilə evlidir. Bir qızı (Tuna) və bir oğlu (Tan) var.

Vəzifə Aktyor