Rac Kapur

Doğum günü:

14 dekabr, 1924

Yaş:

92

Kinotap-da filmlər:

0

Ranbir Rac Kapur (ing. Raj Kapoor) — məşhur hind kinorejissoru, ssenarist, prodüser, aktyor.

Həyatı
Rac Kapur 14 dekabr 1924-cü ildə Pişəvərdə (hazırda Pakistanın şimali-qərbində əyalət) aktyor Prithvirac Kapurun ailəsində anadan olmuşdur. O, kinoda ("Inquilab") ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa etmişdir. 1948-ci ildə o, öz şəxsi studiyası olan "Rac Kapur films" şirkətini yaradır. Buna qədər isə bir neçə il "Bombey tokiz" studiyasında rejissor assistenti vəzifəsində çalışmışdı. Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edirdi. Əvvəlki işlərindən olan "Avara" (1951) və "Cənab 420" (1955) filmlərində R. Kapur sadə, mehriban və cazibəli "kiçik insan" obrazını məharətlə yaradır. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxmışdı. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün oldu.
Rac Kapur öz müxtəlif filmlərində Hindistan ictimaiyyəti üçün ən önəmli məsələlərdən birinə - uşaq cinayətləri mövzusuna ("Ayaqqabı təmizləyənlər" (1954)); kasta bərabərsizliyi ("Bobbi" (1973)) və s. mövzulara toxunurdu.
Rac Kapur 2 iyun 1988-ci ildə Hindistanın Yeni Dehli şəhərində, 64 yaşında vəfat etmişdir. Rac Kapurun vəfatı bütün Hindistanı sarsıtdı və hər kəs bunu milli faciə kimi qəbul etdi.
Tanınmış aktyor Prithvirac Kapurun oğludur.

Filmoqrafiya
Aktyorluq fəaliyyəti
İnqilab (1935) / Inquilab
Qauri (1943) / Gauri
Hamari Baat (1943)
Valmiki (1946)
Chittor Vijay (1947)
Dil-Ki-Rani (1947)
Jail Yatra (1947)
Neel Kamal (1947)
Amar Prem (1948)
Gopinath (1948)
Aag (1948)
Yağış mövsümü (1949) / Barsaat
Andaz (1949)
Parivartan (1949)
Sunehre Din (1949)
Banwra (1950)
Bawre Nain (1950)
Dastan (1950)
Pyaar (1950)
Jan Pahchan (1950)
Sargam (1950)
Avara (film, 1951) / Awaara
Ashiana (1952)
Anhonee (1952)
Amber (1952)
Vəfasız (1952) / Bewafa
Aah (1953)
Dhoon (1953)
Paapi (1953)
Cənab 420 (film, 1955) / Shree 420
Hamıdan gizli (1956) / Chori Chori
Sağlam olun! (1956) / Jagte Raho!
Sharada (1957)
Parvarish (1958)
Phil Subha Hogi (1958)
Anari (1959)
Char Dil Char Raahein (1959)
Kanhaiya (1959)
Taleyin oyunları (1959) / Main Nashe Men Hoon
Chhalia (1960)
Jis Desh Men Ganga Behti Hai (1960)
Shriman Satyawadi (1960)
Nazrana (1961)
Aşiq (1962) / Aashiq
Dil Hi To Hai (1963)
Ek Dil Sau Afsane (1963)
Sanqam (1964) / Sangam
Dulha Dulhan (1964)
Üçüncü and (1966) / Teesri Kasam
Divanə (1967) / Diwana
Dünya ətrafında (1967) / Around the World
Sapnon Ka Saudagar (1968)
Mənim adım Kloundur (1970) / Mera Naam Joker
Kal Aaj Aur Kal (1971)
Mera Desh Mera Dharam (1973)
Do Jasoos (1975)
Taleyi aldatmaq (1975) / Dharam Karam
Khaan Dost (1976)
Chandi Sona (1977)
Naukri (1978)
Həqiqət, məhəbbət və gözəllik (1978) / Satyam Shivam Sundaram
Abdulla / Abdullah
Vakil Babu (1982)
Gopichand Jasoos (1982)
Kim (1984)
Ssenarist fəaliyyəti
Qanq, sənin suların bulanıb (1985) / Ram Teri Ganga Maili
Rejissor fəaliyyəti
Aag (1948)
Yağış mövsümü (1949) / Barsaat
Avara (film, 1951) / Awaara
Cənab 420 (film, 1955) / Shree 420
Sanqam (1964) / Sangam
Mənim adım Kloundur (1970) / Mera Naam Joker
Bobbi (1973) / Bobby
Həqiqət, məhəbbət və gözəllik (1978) / Satyam Shivam Sundaram
Sevgi xəstəliyi (1982) / Prem Rog
Qanq, sənin suların bulanıb (1985) / Ram Teri Ganga Maili
Prodüser fəaliyyəti
Aag (1948)
Yağış mövsümü (1949) / Barsaat
Avara (film, 1951) / Awaara
Aah (1953)
Ayaqqabı təmizləyənlər (1954) / Boot Polish
Cənab 420 (film, 1955) / Shree 420
Sağlam olun! (1956) / Jagte Raho!
Ab Dilli Dur Nahin (1957)
Jis Desh Men Ganga Behti Hai (1960)
Sanqam (1964) / Sangam
Mənim adım Kloundur (1970) / Mera Naam Joker
Kal Aaj Aur Kal (1971)
Bobbi (1973) / Bobby
Taleyi aldatmaq (1975) / Dharam Karam
Həqiqət, məhəbbət və gözəllik (1978) / Satyam Shivam Sundaram
Biwi-O-Biwi (1981)
Sevgi xəstəliyi (1982) / Prem Rog

Vəzifə