Elçin Əzizov

Doğum günü:

1 yanvar, 1975

Yaş:

41

Kinotap-da filmlər:

1

Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. ADMİU-nin rejissorluq fakültəsində, Bakı Musiqi Akamediyasının vokal şöbəsində, "Motsareum" Universitetinin yay Akademiyasında təhsil alıb. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb. Müxtəlif opera tamaşalarında iştirak edib, filmlərə çəkilib. Rusiya istehsalı olan "Turistlər" serialında (Lean-M, Ren TV, 2005, Rusiya) Jan rolunu ifa edib. Bülbül adına 3-cü Beynəlxalq Müsabiqənin (2005) laureatı, Motsart 9-cu Beynəlxalq Müsabiqənin finalçısı (2006, Zaltsburq), Beynəlxalq Musiqi Xadimləri İttifaqının müfatakçısıdır (2006, Moskva).
2012-ci ildə Moskvada Böyük Teatrda Modest Musorqskinin "Boris Qodunov" operası ilə debüt edib.

Vəzifə Aktyor