Al Paçino

Doğum günü:

25 aprel, 1940

Yaş:

76

Kinotap-da filmlər:

2

Alfredo Ceyms "Al" Paçino (ing. Alfredo James "Al" Pacino) — italyan əsilli ABŞ aktyoru, rejissoru, ssenaristi və prodüseri. O, həm də teatr aktyoru kimi tanınır. "Qadın ətri" filmində oynadığı rola görə "Oskar" mükafatına layiq görülüb.

Al Paçino 25 aprel 1940-сı ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Ona məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967—1969-cu illərdə Nyu-York polisi (N.Y.P.D) teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleonenin rolunu canlandırıb. Bu roluna görə kino tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilib.
1973-cü ildə o, "Serpiko", "Müqəvva" filmlərində, sonralar isə "Xaç atası-2" (1974), "İt günündə günorta" (1975), "Bobbi Derfild" (1977), "Ədalət hamı üçündür" (1979), "Qatili axtaran" (1980), "Müəllif! Müəllif!" (1982) filmlərinə çəkilib. 1983-cü ildə Al Paçino özünün əsas işlərindən saydığı Brayn De Palmanın "Çapıqlı üz"(1983) filmində "Toni Montana" rolunu oynayıb. Səksəninci illərdə Al güclü alkoqol aludəçisinə çevrilib. Nəticədə onun kino karyerasında dörd illik boşluq yaranıb. Bu illəri o teatra həsr edib.
1989-cu ildə o yenidən filmlərə çəkilməyə başlayıb. 1992-ci ildə "Qadın ətri" filmindəki roluna görə "Oskar" mükafatına layiq görülüb.
2010-cu ildə "Sən Ceki tanımırsan" televiziya filmində Dr. Cek Kevorkian rolunu canlandırıb.

Vəzifə Aktyor